Azərbaycan dövləti üçün qurtuluşa gedən yol

Azərbaycan dövləti üçün qurtuluşa gedən yol
  • Cəmiyyət

  •  1993-cü ilin oktyabrı Azərbaycan xalqının tarixinə əbədi həkk olundu.Bu tarix yenicə müstəqillik qazanmış Azərbaycan dövləti üçün qurtuluşa gedən yolun ilk pilləsi idi.
             
    1993- cü ilin may- iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi yarandığına görə Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürmüşdü.Çünki o zamankı Prezident Əbülfəz Elçibəy heç kimə demədən Bakını tərk etmişdi.Onun şəhəri tərk etməsi dövləti çətin bir problemlə üz-üzə qoymuşdur.Həmin vaxt Elçibəyə müraciət olunsa da, o, yenidən prezident postuna qayıtmadı və özü prezident  səlahiyyətlərini yerinə yetirməkdən imtina etmiş oldu.Ali Sovetin sədri vəzifəsində çalışan Heydər Əliyev onun geri qayıtması üçün çalısa da, buna nail ola bilmədi.Elçibəyin belə hərəkəti deputatlar tərəfindən qanunpozuntusu hesab olundu.Elçibəyin prezident vəzifəsini icra edə bilməyəcəyi təsdiq olundu və onun səlahiyyətləri 1993-cü il 24 iyun tarixli Fərmanla Ali Sovetin sədri Heydər Əliyevə verildi.Prezident səlahiyyətlərinin icrasına başlayan Heydər Əliyev gecə-gündüz bilmədən Azərbaycan dövlətçiliyini qorumağa, ölkəmizin başını almış qara buludları dağıtmağa başladı.
            
    Heydər Əliyev deyirdi: ”Xalq mənə ümid bəsləyir.Mən bu ümidi doğrultmalıyam”. Beləliklə, dahi şəxsiyyət ömrünün qalan hissəsini öz xalqının rifahı naminə qurban verməyə hazır olduğunu vurğuladı.
          
    Heydər Əliyev öz müdrik siyasəti nəticəsində yenicə ikinci dəfə müstəqillik qazanmış Azərbaycanın müstəqilliyinin itirilməsinə imkan vermədi.O, ölkəni böyük bəladan xilas etdi və Azərbaycanı boyük və işıqlı  gələcəyini təmin etdi.
           
    Beləcə, ilk gündən başlayaraq Ulu Öndərin həyata keçirdiyi siyasət bütün dünyaya göstərdi ki, Azərbaycan müstəqil dövlət kimi yaşamağa  qadirdir.  
     
    Azərbaycan xalqı 1993-cü il oktyabrın 3-də dahi şəxsiyyətə etimad göstərərək 98,8 faiz səslə onu prezident seçməklə yanılmadığını bir daha sübut etdi və öz taleyini Heydər Əliyev kimi bir siyasətçinin ixtiyarına buraxdı.Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa  qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı atılmış addımlar, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələrin işə salınması və nəticədə 1994-cü ilə atəşkəsə nail olmaq ölkəmiz üçün əhəmiyyət kəsb edən məsələlərdir.
       
    Ulu Öndərin rəhbərliyi altında aparılmış gərgin fəaliyyət nəticəsində xalqın taleyi ilə oynayanlara  son qoyulmuşdur.Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdır.Bunun nəticəsi kimi ilk Konsitutusiyanın qəbulunu göstərmək olar.Ölkədə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.
             
    Ümummilli lider ölkədəki sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan maraq və inamdan bəhrələnərək neft sektoruna sərmayələrin cəlb edilməsinə nail olmuş və ”Əsrin müqaviləsi” imzalanmışdır.
       
    İqtisadi islahatların ardıcıl və sistemi şəkildə aparılması əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq üçün şərait yaratmışdır.

             
    Beləliklə, 1993-cü ildən başlayaraq Ulu Öndərin hakimiyyətdə olduğu müddətdə  ölkədə sosial, siyasi, iqtisadi sahədə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoymuş,beynəlxalq aləmdə daxili və xarici siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirmişdir.Məhz həmin illərdə görülən işlərin məntiqi nəticəsi olaraq ölkəmiz müstəqil və inkişaf yönümlü siyasət yürüdərək öz ərazi bütövlüyünü bərpa etmiş, beynəlxalq nüfuzunu yüksəltmişdir.



    Ş.Xəlilova
    S.Xəlilov adına Masallı rayon Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi

    PAYLAŞ:

    Oxşar xəbərlər