Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon olub. Bəli, Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan ordusunun nəzarətinə keçmişdi. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini –Karuxlu,Şükürbəyli,Çərəkən,Daşkəsən,Horovlu,Mhmudlu,Cəfərabad,Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edildi.Bununlada Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi.Üstəlik , Azərbaycan ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaratdı.
2020-ci ilin noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfəri baş tutmuşdu. Prezident İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsidir.
Doğma torpaqlarımızın qaytarılması xalqımızın və millətimizin şamlı tarixidir. Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariiximizdə bir çox şərəfli anlar olub,hadisələr olub,qələbələr olub.Onların arasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır.
Cəbrayıl 27 ildən sonra düşmən işğalından azad edildi. Cəbrayıl rayonunun azad edilməsi uğrunda döyüşən, canından keçən qəhrəman oğullarımızı xalqımız və dövlətimiz unutmur,onların şücaəti yüksək qiymətləndirilir. 4 oktyabr bütün cəbrayıllıların həyatının unudulmaz gününə çevrildi. 27 illik həsrətə son qoyuldu. Cəbrayılın azad edilməsi paytaxt Bakı olmaqla bütün ölkədə çox böyük coşqu ilə qarşılandı, Azərbaycan xalqında olan ruh yüksəkliyini, ordumuzda olan döyüş ruhunu, özünə inamı daha da artırdı. Cəbrayıl rayonunun azad edilməsi Ermənistan ordusunda çox ciddi sarsıntıya gətirib çəxardı.Cəbrayılın azad edilməsi sonrakı rayonlarımızın azad edilməsində ciddi təsirini göstərdi.
İnanılmaz səbirsizliklə o günü gözləyirlər ki, onlar öz doğma yurdlarına yaşamaq üçün qayıdacaqlar. Biz heç zaman inamımzı itirmədik , biz inanırdıq ki, cənab Prezidentin komandanlığı ilə torpaqlarımız mütləq azad olunacaq. Bu gün artıq biz Cəbrayılın azad olunmasının üç illiyini qeyd edirik. Biz hamımız Prezidentimizin sayəsində bu gün öz torpaqlarımıza qovuşa bildik .Artıq üç il keçdi. Bu qələbəni Prezident İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə ordumuza borcluyuq.Yaşasın Azərbaycan ordusu!
Cəbrayıl uğrunda döyüşlər -1993-cü ildə Ermənistan Silahlı qüvvələri tərəfindən işğal edilmiş Cəbrayıl rayonunun işğaldan azad edilməsi məqsədi ilə Azərbaycan Silahlı qüvvələri tərəfindən 2020-ci ilin sentyabrın 27-də başladılan hərbi əməliyyatlar 4 oktyabra qədər aparılmışdır. Azərbaycan ordusu tərəfindən Cəbrayılın 1 şəhəri və 80 kəndi işğaldan azad edilmişdir.Saat 07:30-da Azərbaycan Müdafiə Nazirliyi tərəfindən sentyabrin 27-də saat 06:00-da radələrində Ermənistan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar ,minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutması Cəbrayıl rayonunun Cocuq Mərcanlı,Fizuli rayonunun Mirzənağılı ,Qazaxlar,Əhmədalılar və Horadiz şəhəri də daxil olmaqla yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında ölən və yaralananların olduğu bildirildi.Bir saat sonra Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada isə Fizuli-Cəbrayıl istiqamətində Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələrinin susdurulduğu və onların döyüş fəaliyyətinin qarşısının alındığı bildirildi.
Eşq olsun Azərbaycan xalqına!Qarabağ Azərbaycandır!”.Bir müddət sonra isə İlham Əliyev özünün rəsmi “Twitter”hesabında Xudafərin körpüsündə dalğalanan Azərbaycan bayrağının videosunu paylaşdı.
Qarabağ Azərbaycandır!”.
Aytac Aslanova,
Masallı rayon F. Şükürov adına Lürən könd tam orta məktəb