Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq

Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq
  • Cəmiyyət

  • Ermənistan Respublikasının ölkəmizə qarşı 2020- ci il sentyabrın 27 - dən başlayan növbəti harbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının rəhbərliyi altında torpaqlarımızın azad edilməsi məqsədilə vətən müharibəsi başlamışdır.
       
    Artıq bu günü səbrsizliklə gözləyən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz , arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək , düşmənə sarsıdıcı zərbələr endirmişdir. 
            
    Düşmənə layiqincə cavab verən ordumuz qısa zamanda, 44 gün ərzində işğal altında olan torpaqlarımızın kiçik bir hissə qalmaqla bütün torpaqları geri qaytarmağa nail oldurlar. 
       
    Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş  yüz  nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. Beləliklə 30 ildən yaxın işğal altında olan dədə-baba torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin qanı və canı bahasına azad olunmuşdur.

    Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Biz qurtuluş savaşında minlərlə şəhid vermişik. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimzin, qazilərimzin qanı-canı bahasına azad edilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir. Dövlətimzin başçısı Vətən müharibəsinin başa çatması ilə bağlı xalq müraciətində bu barədə deyib: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq”.  Mehriban xanım Əliyeva şəhidlərimizə hörmət və ehtiramını belə ifadə edib: “Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq”.
         
    27 sentyabr Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətənimizin uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır. Məscidlərdə, kilsələrdə, sinəqoqlarda Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının ruhuna dualar oxunur. İnsanlar Anım Gününü həm də zəfər və iftixar günü kimi qeyd edirlər. Hər il 27 sentyabr saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilir.

    Azərbaycan xalqı tarix boyunca hər zaman öz igidləri və igidlikləri ilə tanınmışdır. Eləcə də Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ torpaqlarının azadlığı və bütövlüyü uğuruda mübarizə aparan və canlarını bu yolda fəda edən yüzlərlə  igidlərimiz olmuşdur. Lakin ermənilər çirkin əməllərindən əl çəkmir, danışıqlara məhəl qoymayaraq torpaqlarımızı geri qaytarmaq istəmirdilər. 
        
           
    Allah bütün şəhidlərimizi rəhmət eləsin! 
    Şəhidlərimizin ruhu qarşısında baş əyirik!



    Şıxəliyeva Aidə Azər qızı
    Masallı rayon Elşən Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəb 

    PAYLAŞ:

    Oxşar xəbərlər