Azərbaycan Pediatrlar Assosiasiyasının sədri MDB ölkələrinin Pediatrları Federasiyası tərəfindən medalla təltif olunub

Azərbaycan Pediatrlar Assosiasiyasının sədri MDB ölkələrinin Pediatrları Federasiyası tərəfindən medalla təltif olunub
  • Cəmiyyət

  • Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) sədri, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə MDB Ölkələrinin Pediatrları Federasiyanın Qırğızıstanda keçirilən X Yubiley Konqresində uşaqların sağlamlığının müdafisəsində və pediatriyanın inkişafında verdiyi töhfələrə görə medalla təltif edilib. 

    Alim 1995-ci ildən başlayaraq, ana və uşaq sağlamlığının qorunmasında, bu istiqamətdə müvafiq dövlət proqramlarının hazırlanmasında və təbliğində çoxşaxəli fəaliyyət göstərib.

    Təranə Tağı-zadə Ümumdünya Səhiyyə Təşkilatının uşaq xəstəlikləri proqramları, eləcə də 1995-ci ildən UNICEF-Azərbaycan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin beynəlxalq sağlamlıq proqramları üzrə ekspertidir. 

    Alim həm də 2008-ci ildən Səhiyyə Nazirliyinin "Ana və uşaq" layihələrinin milli koordinatoru kimi fəaliyyət göstərir.
    PAYLAŞ:

    Oxşar xəbərlər