Azərbaycanın davamlı çağırışlarına və addımlarına baxmayaraq , işğalçı Ermənistan və onun Qarabağdakı tör-töküntüləri vəziyyəti gərginləşdirmək məqsədi ilə növbəti xain terrora əl atdılar.Azərbaycan Respublikasının Silahlı qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri davam edir. Tədbirlər çərçivəsində yalnız legitim hərbi obyektlər və hərbi infrastruktur dəqiq silahlarla hədəfə alınır və sıradan çıxarılır.
Yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırırıq.Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizlyinə zəmanət verilən inzibati,sosial,təhsil,tibbi,dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq.
Qadınlar,uşaqlar.qocalar,habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək,onlar içməli su və ərzaqla təmin olunacaq.
Əhalinin təhlükəli ərazidən və təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.
Aytac Aslanova,
Masallı rayon səmidxan k.Faiq Şükürov adına Lürən kənd tam orta məktəbi.