Sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti etmişdir

Sentyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti etmişdir
  • Cəmiyyət

  • Əsrlərlə xalqımızın başına oyunlar açan, faciələr törədən ermənilər layiqincə cavablarını almışlar, ll Qarabağ müharibəsi əsaslı şəkildə bir daha sübut etdi. Lakin hələ də özlərinə qoyulmayan ermənilər yenidən terror hərəkatını reallaşdırmağa cəhd göstərdilər. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20- də xalqa müraciət etdi.
               
    Dövlət başçısı İlham Əliyev öz çıxışında erməni silahlı birləşmələrinin törətdiyi terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olduğunu bildirdi. Onu da qeyt etdi ki ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur.
             
    Eləcə də dünənki terror aktı bu sıradan olan hadisə idi. Həmçinin dövlət başçısı qeyd etdi ki, Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər Ermənistan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Lakin aparılan tədqiqatlar bunu bir daha sübut edir ki, 2021- ci ildə Ermənistanda istehsal olunmuş minalar Azərbaycanın Qarabağ bölgəsinə yaxın vaxtlarda basdırılmışdır.
             
    Azərbaycan Prezidenti İlham Əliyev bildirir ki, sentyabrın– 19 da  antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir.
             
    Dövlət başçısı bir daha qeyd etdi ki, aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikasının böyük hissəsi sıradan çıxarılmışdır. Eləcədə Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus  yüzdən çox tank və zirehli nəqliyyat vasitələri yerləşdirilmişdir. Bundan başqa digər döyüş üçün hazır vəziyyətdə olan döyüş avadanlıqları da yerləşdirilmişdir. 2020 – ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan üç il ərzində öz silahlı qüvvələrini canlı qüvvələrini və texnikasını bizim ərazidən çıxarmışdır. Əslində isə bu kapitulyasiya aktına görə Ermənistan Azərbaycan ərazisindən bütün silahlı qüvvələrini çıxarmalı idi. Ancaq bundan imtina edirdi.
             
    Prezident İlham Əliyev antiterror zamanı Azərbaycan xalqının bir neçə şəhidi olduğunu kədər və hüzünlə  qeyd etdi. Allahdan bütün şəhidlərə rəhmət, yaralı əsgər və zabitlərə şəfa dilədi. Onlar vətən uğrunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını vermişlər. Buna görə də onların əziz xatirəsi qəlbimizdə əbədi yaşayacağını bildirdi.




    Habil Qəmbərov
    Qarğalıq kəndi

    PAYLAŞ:

    Oxşar xəbərlər