Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov şair-publisit Ələmdar Əmiraslanovu yubileyi münasibətilə təbrik etmişdir. Tədbirdə RİH başçısının müavini Eldar Ağayev və RİHBA-nın şöbə müdirləri və əməkdaşları iştirak etmişlər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan mədəniyyət siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən indiki dövrün tələblərinə müvafiq olaraq uğurla davam etdirildiyini diqqətə çatdıraraq Ölkə başçısının və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə bu sahədə yeni tarixi mərhələyə daxil olunduğunu, xalqımıza məxsus qədim mədəni irslərin qorunub saxlanması sahəsində ciddi addımlar atıldığını bildirmişdir.
Görüş zamanı çıxış edən şair-jurnalist Ələmdar Əmiraslanov dövlət tərəfindən mədəniyyət və incəsənət nümayəndələrinə göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva öz minnətdarlığını bildirmişdir.
Sonda Ələmdar Əmiraslanova rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərman təqdim olunmuşdur.