Nişanlısı xəyanət etdi, bir oğlu öldü, digəri əlil qaldı: Arif Quliyevin faciəvi həyatı

Nişanlısı xəyanət etdi, bir oğlu öldü, digəri əlil qaldı: Arif Quliyevin faciəvi həyatı
  • Cəmiyyət

  • Baku TV-də yayımlanan “Retro Baku” verilişinin növbəti buraxılışı Xalq artisti, aktyor Arif Quliyevə həsr olunub.

    İnternat məktəbində böyüyən Arif Quliyev atılmasına baxmayaraq, valideynlərini qınamayıb. İllərlə onların həsrətini çəksə də, dünyaya gətirdikləri üçün onlara minnətdar olduğunu deyib.

    Arif Quliyev 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib. Teatr kollektivi ona qız axtarmağa başlayıb. Tanıdıqları qızın ailəsinə elçi gediblər və kollektivin yığdığı pulla qıza nişan üzüyü də alıblar.

    Bu ərəfədə Arif hərbi xidmətə yollanıb, qayıdanda nişanlısının başqa birini sevdiyini eşidib və ayrılıb. Daha sonra başqa bir qızı sevib, ona bağlanıb. Qıza elçi gedib, anasına qızını istədiyini və fikrinin ciddi olduğunu deyib. Qızın anası isə artistə qız verməyəcəyini bildirib. Lakin Arif Quliyev aktyor kimi məşhurlaşandan sonra həmin qadın qızını ona vermək istədiyini bildirsə də, bu dəfə Arif ona yox cavabı verib.

    1977-ci ildə o, Gülzar adlı xanımla ailə qurub. Bu evlilikdən onların 2 oğlu, 1 qızı dünyaya gəlib.
    Toy ərəfəsində bir qadın Arifə yaxınlaşaraq onun anası olduğunu deyib. Arif heç nəyi araşdırmadan, onu anası kimi qəbul edib, ünsiyyət qurub, hətta toyuna da dəvət edib.

    Daha sonra isə 19 qadın özünü Arifin anası kimi təqdim edib. Arif onların heç birinin xətrinə dəyməyib, hamısını anası kimi qəbul edib.

    Ətraflı süjetdə:

    PAYLAŞ:

    Oxşar xəbərlər