Azərbaycanda yeni ştamma görə kütləvi peyvəndləmənin həyata keçirilməsi nə qədər realdır?

Azərbaycanda yeni ştamma görə kütləvi peyvəndləmənin həyata keçirilməsi nə qədər realdır?
  • Cəmiyyət

  • Yeni “Eris” virusunun artıq 30-a yaxın mutasiyası qeydə alınıb və bir çox ölkələr buna qarşı tədbirlər görməyə başlayıblar.

    Fransa Səhiyyə Nazirliyi koronavirusun yeni ştamlarının yayılması ilə əlaqədar əhalinin vaksinasiyasını sürətləndirə bilər. ABŞ-də yoluxma sayının artması ilə əlaqədar peyvəndlərə tələbat artıb. Yeni ştamm sürətlə yayılarsa, vaksinasiyanın tətbiqi də genişləndiriləcək.

    Bəs Azərbaycanda yenidən kütləvi peyvəndləmənin həyata keçirilməsi nə qədər realdır?

    Ekspert Vasif Əliyev məsələ ilə bağlı bildirib ki, virus sürətlə yayılsa da, peyvəndə ehtiyac olmayacaq, amma xroniki xəstəlikləri olanlar peyvənd vurdura bilərlər.
    Səhiyyə Nazirliyindən isə bildirilib ki, hazırda Azərbaycanda koronavirusa qarşı vaksinasiya tədbirləri davam etdirilir. Vətəndaşlar ərazi üzrə tibb məntəqələrinə müraciət edərək peyvənd oluna bilərlər. Artıq “Pfizer”, “BioNTech” və “Moderna” şirkətləri payızda yeni ştamma qarşı təsirli peyvəndlərə tələbatın yaranacağını nəzərə alaraq vaksinlərin yeni ştamma uyğunlaşdırılması üzərində işləyirlər.

    Ətraflı Baku TV-nin süjetində:

    PAYLAŞ:

    Oxşar xəbərlər