DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (DYP) Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarına müraciət edib.
DYP-dən Leqal.az-a verilən məlumatda bildirilir ki, qonşu ölkəyə səfər edən Azərbaycan vətəndaşları Gürcüstan Daxili İşlər Nazirliyi Patrul Polis Departamentinin barələrində tətbiq etdiyi inzibati cərimələri elektron xidmətlər vasitəsilə ödəyə biləcəklər.
"Bu məqsədlə Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmi internet saytı, eləcə də real vaxt rejimində (onlayn) ödəmə imkanı verən vebsəhifədə identikləşdirmə üçün müvafiq rekvizitlər daxil etməklə şəxs barəsində yol hərəkəti qayda pozuntuları ilə bağlı tətbiq edilmiş inzibati tənbeh tədbirləri haqqında məlumatlar əldə edə və inzibati cərimələr üzrə ödəmələr aparıla bilər", - məlumatda qeyd olunur.