Bazar günü hava şəraiti dəyişəcək

Bazar günü hava şəraiti dəyişəcək
  • Cəmiyyət

  • Azərbaycan ərazisində sentyabrın 3-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 20-24, gündüz 27-32 dərəcə olacaq. Atmosfer təzyiqi norma daxilində - 760 mm civə sütunu - olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 40-50% olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 18-23, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 15-20 dərəcə isti olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər