”Laçın” sərhəd-buraxılış məntəqəsinin siyasi əhəmiyyətlidir

”Laçın” sərhəd-buraxılış  məntəqəsinin siyasi əhəmiyyətlidir
  • Cəmiyyət

  • Respublikamızın qədim tarixə malik olan rayonlarından biridə Laçın rayonudur. Ölkəmizin cənub-qərbində yerləşən Laçın rayonu Kəlbəcər, Xocalı, Şuşa, Xocavənd və Qubadlı rayonlı ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. XIX əsrdə Azərbaycanda xanlıqlar ləğv edildikdən sonra Laçın bölgəsi 1829-cu ildə yaradılan Qarabağ əyalətinin tərkibinə,1868-ci ildə isə yeni yaradılan Zəngəzur qəzasına daxil edilir. Zəngəzur qəzası Yelizavetpol quberniyasına daxil idi və 1918-ci ildən 1922-ci ilədək Qarabağ quberniyasının tərkibində olmuşdur.
               
    1905-1907 və 1914-1920-ci illərdə Laçınında daxil olduğu Zəngəzur bölgəsində erməni daşnaklarının törətdiyi qırğınlar nəticəsində yarım milyona yaxın müsəlman həlak olur. Azərbaycan Xalq Cumhuriyəti yarandıqdan sonra Zəngəzur qəzasında ermənilər darmadağın edilir, lakin bölgədə tam sabitliyi bərpa etmək mümkün olmur. 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Zəngəzur qəzası iki yerə bölündü, Laçında daxil olmaqla ərazinin bir hissəsi Azərbaycanın digər hissəsi isə Ermənistana verildi. Azərbaycanın tərkibində qalan Laçın bölgəsi Şuşa qəzasına daxil edildi. 1923-cü il iyulun 7-də DQMV-nin yaranması nəticəsində Şuşa qəzasl iki hissəyə bölündü. Şuşa qəzasının DQMV-nə daxil edilməyən hissəsində yeni rayonun yaranması zərurəti meydana çıxdı.İndiki Laçın, Kəlbəcər və Qubadlı rayonlarını əhatə edən Kürdüstan qəzası yaradıldı.1923-cü ildə Laçın və Abdallar kəndləri arasında yeni bir salındı və ona Laçın adı verildi.1939-cu ildə isə Kürdüstan qəzası ləğv edilərək yerində Laçın, Kəlbəcər və Qubadlı rayonalrı yaradıldı.
                 
    18 may 1992-ci ildən Laçın Ermənistan silahlı qüvvələrinin işğalı altında idi.Bu illər ərzində bölgənin maddi-mədəni irsinə böyük zərbələr vurulmuş, təbbi sərvətlərimiz vəhşicəsinə dağıdılmışdır. 27 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komanda cənab İlham Əliyevin başçılığı ilə düşmən darmadağın edildi.10 noyabr 2020-ci ildə imzalanan atəşkəs bəyənatına əsasən 26 avqust 2022-ci ildə Laçın şəhəri Azərbaycanın nəzarətinə keçdi.
                 
    Vətən müharibəsindən sonra bölgədə sürətli quruculuq işlərinə start verildi. Bu məqsədlə yeni yollar çəkilir, ağıllı kənd və şəhərlər salınır,bir sözlə,regionun tez bir zamanda dirçəlməsi və inkişafı üçün böyük işlər görülür.Öz məğlubiyyəti ilə barışmayan Ermənistan və onu himayə edənlər ölkəmizə qarşı yeni ərazi iddiaları ilə çıxış edir,yeni revanşist fikirlərlə çıxış edirlər.Düşmən hər şeydən əvvəl imzaladığı atəşkəs müqaviləsinin şərtlərinə əməl etmir.Humanitar məqsədli "Laçın" dəhlizində öz çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar.23 aprel 2023-cü il tarixdə Azərbaycan-Ermənistan sərhədində,Laçın rayonu ərazisində,Həkəri çayının üzərində "Laçın" sərhəd-buraxılış məntəqəsi quruldu və üçrəngli dövlət bayrağımız dalğalandırıldı. Azərbaycan sərhədlərin bütövlüyü təmin olundu.

    Xalqımız dünya göstərdi ki, sərhədlərin toxunulmazlığı onun üçün müqəddəs bir vəzifədir.Bütün bu böyük siyasi proseslərin həyata keçirilməsi cənab Prezident İlham Əliyevin müdrik strateji gedişlərini əməli nəticəsidir."Laçın" sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim əsaslı addımdır.Belə ki, tarixi ərazimiz olan Laçında sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin daxili işdir.Özlərini 30 il ərzində "məğlubedilməz xalq" adlandıran düşmən artıq yeni reallıqlarla barışmalıdır.Əks halda güclü və qüdrətli Azərbaycanın qarşında duruş gətirə bilməyəcəkdir.



    Uğur Ağayev,
    Ə. Mirzəyev adına Qızılavar tam orta məktəbin tarix müəllimi

    PAYLAŞ:

    Oxşar xəbərlər