Ermənistanın “Azərbaycanın “Dağlıq Qarabağ” ermənilərini aclıqla soyqırımına məruz qoyması iddiası”nı bir daha hansı isə beynəlxalq təşkilatın gündəminə gətirmə ehtimalı sıfıra endi

Ermənistanın “Azərbaycanın “Dağlıq Qarabağ” ermənilərini aclıqla soyqırımına məruz qoyması iddiası”nı bir daha hansı isə beynəlxalq təşkilatın gündəminə gətirmə ehtimalı sıfıra endi
  • Cəmiyyət

  • 16 avqust tarixində Nyu-Yorkda BMT Təhlukəsizlik Şurasinin növbəti iclasi keçirildi. Azərbaycanin Qarabağ bölgəsində yaranmış "humanitar böhranın "müzakirə olduğu bu iclasda ermeni lobbisi bütün gücünü ortaya qoymağa çalışırdı. Bununla bele Irəvanın bütün ordusu ilə gəldiyi iclas tamamilə nəticəsiz qaldı: nə çox gözlədikləri anti- 

    Azərbaycan qətnaməsi, nə də hər hansı bir bəyanət qəbul edilmədi.İclasda çıxış edən  Azərbaycanın nümayəndəsi  Yaşar Əliyev çox əhatəli çıxışı ilə BMT Təhlükəsizlik Şurasının Ermənistan üçün sui- istifadə platformasına çevrildiyini bildirdi.
    "Ermənistanın humanitar məsələ kimi təqdim etdiyi şey, əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə vurulmuş siyasi kompaniyadır.
               
    Yaşar Əliyevin bu fikrini türkiyəli həmkarı Sedat Önal da dəstəkləyib:Türkiyə Ermənistanin BMT Təhlükesizlik Şurasi kimi beynəlxalq meydandan Laçın dəhlizi mövzusu daxil olmaqla siyasi motivli ittihamlari bəyan etmək üçün istifadə cəhdlərindən narazidir.Qardaş Türkiyədən başqa Azərbaycanin mövqeyini  Albaniya və Braziliya dəstəkləmişdir.Toplantı iştirakçilarinin bəzən həqiqət, bəzəndə realliği eks etdirən iclasında əsas məsələ: Azərbaycanın ərazi bütövlüyu məsələsi oldu. Beləliklə Ermənistan BMT TŞ kimi   dünya səviyyəli platformanı teatr səhnəsinə çevirmək cəhdi baş tutmadı.Bu iclasdan sonra məlum oldu ki, belə müzakirələrə ehtiyac yoxdur. Qarabağ erməniləri anlamalıdır ki, danışıqlar Azərbaycanın şərtləri əsasında aparılmalıdır.

    BMT TŞ- nin toplantısı Azərbaycan üçün əzələ nümayişi, Ermənistan üçün isə ağlağanlıq platformu oldu.
    Prezident İlham Əliyevin düşünülmüş xarici siyasəti, qonşu dövlətlərlə balanslı münasibətlər qurması, Qoşulmama Hərəkatına üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf etdirməsi, beynəlxalq təşkilatlarda doğru istiqamətlərdə fəaliyyət göstərilməsi konsepsiyasının hazırlaması və tətbiq etməsi, tərəfdaş ölkələrlə qarşılıqlı maraqları eyni müstəviyə gətirməsi, strateji düşüncəni ön planda tutması TŞ-də Ermənistanın son ümidlərinin puça çıxması ilə nəticələnib. Azərbaycan diplomatiyasının növbəti uğuru. Beynəlxalq aktorların, o cümlədən Təhlükəsizlik Şurasının bəzi üzvlərinin fəal iştirakı və obyektiv mövqeyi nəticəsində erməni hiyləsi və siyasi şousu alınmadı.

    Rəsmi İrəvan humanitar məsələləri siyasi məqsədlər üçün istifadə edir. Humanitar təşkilatın ərazidə mövcudluğunu və fəaliyyətini siyasiləşdirməklə Ermənistan Qarabağda yaşayan etnik erməni sakinlərinin reinteqrasiyasına süni maneələr yaradır;- Laçın sərhəd-buraxılış məntəqəsinin təyinatı. Sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir. Belə ki, sərhəd-buraxılış məntəqəsi Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının qarşısını alır. Məntəqə eyni zamanda ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması kimi fəaliyyətin qarşısını almaq məqsədilə yaradılıb.
     “Laçın dəhlizi” adlanan yol Azərbaycanın suveren ərazisi daxilində, heç bir ekstraterritorial statusu olmayan, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, ilk növbədə, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması üçün nəzərdə tutulmuş yoldur. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib.

    Azərbaycan hökuməti Qarabağda yaşayan sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir və bunu bütün beynəlxalq tribunalardan dəfələrlə ən yüksək səviyyədə dilə gətirib.

    Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib.

    “Dağlıq Qarabağ”da iddia edilən soyqırımı yoxdur. Qondarma “Dağlıq Qarabağ” rejiminin və Ermənistanın gözləntilərinin əksinə BMT TŞ-də müzakirədə iştirak edən dövlətlərin heç biri xalqların öz müqəddəratını təyin etməsi prinsipindən, qondarma “Dağlıq Qarabağ” rejiminin tanınmasından, Qarabağda yaşayan ermənilərə qarşı aclıqla təhdid edilən soyqırımının törədilməsindən, ölümlə nəticələnən aclıq hallarının baş verməsindən bəhs etmədilər. Rəsmi İrəvanın növbəti təxribatı səmərəsiz oldu. Ermənistanın təşəbbüsü ilə Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və “Dağlıq Qarabağ” ermənilərini aclıqla soyqırımına məruz qoyması iddiasının BMT TŞ-nin gündəliyinə gətirməsi və nəticə almaması, onun bu məsələni bir daha hansı isə beynəlxalq təşkilatın gündəminə gətirmə ehtimalının sıfıra endirdi.



    Həlimə Məlikova,
    Masalli rayon , Böyük Xocavar kənd tam orta məktəbin tarix müəllimi

    PAYLAŞ:

    Oxşar xəbərlər