BMT Təhlükəsizlik Şurasında Azərbaycanın diplomatik qalibiyyəti

BMT Təhlükəsizlik  Şurasında  Azərbaycanın diplomatik qalibiyyəti
  • Cəmiyyət

  • Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının 16 avqustun 2023-cü il tarixində Azərbaycanın Qarabağ bölgəsində guya yaranmış “humanitar böhran”ın müzakirəsinə dair təcili iclası, erməni lobbisinin bütün gücünü ortaya qoymağa çalışdığı toplantısı keçirilmişdir. Sözsüz ki, Ermənistanın xaricilərdən ibarət diplomatiya, informasiya “ordusu” sadəcə iclasdakılarla kifayətlənmirdi. Şərti olaraq “Məzlum Ermənistan” adlandıra biləcəyimiz BMT-dəki teatr səhnəciyində kulislər arxası da boş deyildi.

    İrəvanın öz ordusu ilə gəldiyi iclas tamamilə nəticəsiz qalmış oldu. Nə çox gözlədikləri anti-Azərbaycan qətnaməsi, nə də hər hansı birgə bəyanat reallaşmadı. Hətta Fransa və ABŞ nümayəndələrinin böyük canfəşanlığına baxmayaraq, ümumən tədbir iştirakçıları sadəcə olaraq “Ermənistanın adına üzülməyi” seçdilər və dağılışdılar.

    Belə ki, iclasın sadəcə adi müzakirədən uzağa getməyəcəyi Azərbaycanın daim nümayəndəsi Yaşar Əliyevin çoxəhatəli, əsaslandırılmış çıxışından sonra dəqiqləşdi. Azərbaycanlı diplomat elə nitqinin əvvəlində BMT Təhlükəsizlik Şurasının Ermənistan üçün sui-istifadə platformasına çevrildiyinə işarə etmişdir.

    Yaşar Əliyevin bu fikrini daha sonra onun türkiyəli həmkarı Sədat Önal da dəstəkləmişdir. Qardaş Türkiyədən başqa, iclasda Azərbaycanın mövqeyini ən azından dinləməyə çağırış edən ölkələr arasında Albaniya və Braziliya nümayəndələrini da olduğunu qeyd etmək lazımdır. Diplomatlar BMT-dəki həmkarlarına Xankəndi-Ağdam yolunun açıq olduğunu xatırladıblar. Bu çıxışları ilə onlar Ermənistana eyham vurublar ki, əgər İrəvanın “humanitar tələbatı” varsa, Azərbaycanın təklif etdiyi yolu seçməlidir.

    Toplantı iştirakçılarının bəzən həqiqət, bəzən təhriflərə müraciət etmələrinə baxmayaraq, onların hamısının bir ortaq nöqtəsi vardı: Azərbaycanın ərazi bütövlüyü məsələsi.

    Beləliklə, Ermənistanın BMT TŞ kimi dünya səviyyəli platformanı teatr səhnəsinə çevirmək cəhdləri boşuna olmuş oldu. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə Yaşar Əliyevin çıxışından sonra ümumiyyətlə kölgədə qaldı. Beləliklə, İrəvanın baş diplomatı növbəti dəfə vətəninə əliboş qayıtmağa məcbur olacaq. Ötən ilin dekabrında da məsələnin BMT TŞ-də qaldırılması cəhdi olmuşdu. Hər iki halda nəticəsiz qaldı.
    Bu iclasdan sonra bir daha təsdiq olundu ki, belə müzakirələrə ehtiyac yox idi və məsələ BMT , həmçinin digər platformalarda deyil, yerində həll olunmalıdır. Qarabağ erməniləri anlamalıdılar ki, başqa yol yoxdur və danışıqlar Azərbaycanın şərtləri əsasında aparılmalıdır.
             
    BMT TŞ-nin toplantısı Azərbaycan diplomatiyası üçün uğurun, Ermənistan üçün isə məyusluğun növbəti platforması oldu.




    Nuranə Muxtarova,
    MGE Metodist

    PAYLAŞ:

    Oxşar xəbərlər