Son illərdə respublika mətbuatı əhatəsində oxucuların xeyli rəğbətini qazanan rast gəldiyim tanınmış istedadlı teatrşünas, rejissor, yazıçı publisist əməkdar Mədəniyyət işçisi Ağalar İdrisoğlunun yaradıcı ağsaqqal, Masallı rayon Ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyevlə bir müsahibəsi dərc olunmuşdur. Müsahib sualların birinə belə cavab verir. ‘’İnsana vəzifə veriləndə onun bacarıq və səriştəsi, istedadı və əməlləri tez üzə çıxır’’.
Yazıma belə girişlə başlamaq təsadüfü deyil, Masallının Xıl kəndində doğulub boya-başa çatmış. rayonun təcili tibbi yardım xidmətində sürücü işləmiş öz zəhməti, sadəliyi, doğma kəndində nümunəvi ailə başcısı olmaqla ərazi üzrə ağsaqqallar şurasının sədri və rayon təşkilatının nümayəndəsi seçiləndən sonra da Əlövsət Sadıqovla birgə tədbirlər zamanı onunla, dəfələrlə görüşmüşük. Ə. Sadıqovun təəssübkeşliyi və xeyirxah təklifləri əsasında rayon ağsaqqallar şurasının 10-a yaxın üzvünü digər fəalları da ətrafına toplayıb ilk öncə Vətən uğrunda Şəhid olmuş Azərbaycanın Milli qəhrəmanı Elşad Hüseynovun vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunmuş tədbirlər keçirilməsində qərara alındı ki, kəndin mərkəzində xatirə kompleksi ucaldılsın. Bu vacib məsələ tez bir zamanda həllini tapdı. Küçələrin abadlaşdırılması və yaşıllaşdırılması ilə bağlı iməciliklər və rayonumuzda Respublikamızdan kənarda yaşayan həmyerlilər qoşularaq mərkəzi yola asfalt döşəndi. Kənd arası yollara çınqıl səpilib gediş-gəliş üçün şərait yaradıldı. Hətta münasib yerlərdə yol kənarlarında, istirahət guşələrində dincəlmək üçün oturacaqlar da düzəldilib yerə bərkidildi. Bu xeyirxah və nəcib işlərdə Rusiya Federasiyasında yaşayan Taleh Nəsirov, Zamin Mirzəyev, şəhid valideyni Aqil Nağıyev rayon ağsaqqallar şurasının üzvlərindən və fəallarından Hacı Əlövsət başda olmaqla Möhsüm Nağıyev, Emil Nəzərov, Asəf Zərbəliyev, Tahir Hüseynov, Müslüm Qaraxanlı, Asəf Kazımov, Fərasət Zamanov, Vəliəhəd Kazımov, Mikayıl Məcidov və başqaları yaxından iştirak etmişlər. Əlbəttə bu işlərin aparılmasında rayon icra hakimiyyəti başcısının ərazi nümayəndələri apardığı təşkilatçılığı yerlərdəki Xıl kəndi üzrə nümayəndəsi Sənan Sadıqov, bələdiyyə və başqa ictimai təşkilatlarda yaxından iştirak etmişlər.
Bu və ya digər tədbirlərlə yanaşı kəndin xeyirxah insanlarının öz hesabına müqəddəs bayramlarda şəhid ailələri ilə yanaşı imkansız ailələrədə sovqatlar və maddi köməkliklər göstərilir. Kənddəki sadalanan-sadalanmayan digər abadlıq işlərindən bəhs edən söhbətlərimizdən sonra Əlövsətlə xeyriyyə insanlar hesabına yenicə tikilmiş kənd ağsaqqallar evinə yaxınlaşırıq. Deyim ki rayonda son 7-8 ildə təxminən 8-10 yerdə belə klub böyük guşələr yaradılmışdır.
Qeyd edim ki, həmin gün kənddə olarkən öyrəndim ki, bir neçə günə artıq ağsaqqal evində qaz çəkilməsi üçün müvafiq sənədləşmə işləri yekunlaşmış və yaxın günlərdə istismara veriləcəkdir. Yeri gəlmişkən deyim ki, ərazinin ağsaqqalı Əlövsət Sadıqov ona etimad edilmiş bu adı ictimai borcu ləyaqətlə yerinə yetirmişdir. Budur vəzifəni, adı doğrultmaq meyarı. Tapşırılmış ictimai işlərə məsuliyyəti, əməksevərliyi, dəyanəti ağsaqqallarla işdə nəzərə alınaraq rayonumuzda sayılıb seçilən Əlövsət kişinin xidmətlərinə görə, müxtəlif fərmanlar və s. Həvəsləndirmə tədbirləri ilə qeyd edilmişdir. Ötən ilin sonlarında rayon ağsaqqallar şöbəsi idarə heyətinin iclas qərarı ilə başqa ağsaqqallara da nümunə kimi yayılmışdır. Əlövsət Sadıqov yaxşı valideyn baba və xeyirxah insandır. Təmiz qəlbi var. O yerində olan kişidir, sözübütövlük, halallıq, intizam və məsuliyyət ən başlıcası ədəb ərkanlı davranışı bütün haqqında dediklərimizi tam təsdiqləyə bilər. Görüş zamanı ağsaqqal Əlövsət Sadıqovla uzun illərdən bəri köhnə binada yerləşən tam orta məktəbin son illərdə tikilmiş binasına da tamaşa etdik. Bir neçə tədbirdə onun ədəbiyyata şerə geniş yer verməsinə şahid olmuşuq. Vətənə sevgi Qarabağ torpaqlarının işğaldan azad edilməsində də mərd övladlarımızın igidliyi ona ruh verir. Dövlətin daxili və xarici siyasətini möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı siyasəti ağsaqqallarımız ürəkdən bəyənirlər. Əlövsət şair olmasada ağsaqqalın qələmə aldığı bir şerini oxuyuculara olduğu kimi təqdim edir...
Vətən parçalanıb dağılan zaman
Ayağa qalxmışdı qoca həm cavan
Xalq xəbər göndərdi dahi Heydərə
Xalqın xilaskarı ər oğlu ərə.
Ölkədə gedirdi stul davası
Gəldi köməyinə xalqın babası
Bu xəbər yayıldı artıq hər yana
Heydər rəhbər gəldi Azərbaycana.
Xalq üçün çalışdı o, yana-yana
Sabitliy bəxş etdi Azərbaycana
Kontrakt imzaladı ordu yaratdı,
Azərbaycanı dünyaya Heydər tanıtdı
Sədası yayıldı bütün ellərə
Dünya heyran qaldı belə rəhbərə
Sabitliy yaratdı o, sülh yaratdı
Xalqını idmanla oğlu ucaltdı
Deyirdi Azərbaycan zəfər çalacaq,
Ölsəm Qarabağı İlham alacaq.
Məzarı önündə söylədi İlham
Ruhun şad olsun söylədi atam
Sənin vəsiyyətinə əməl eylədim,
Alınmaz Şuşanı azad eylədim.
Gözəl oğul bəxş etdiniz siz bu cahana
Bu gün nur saçıbdı Azərbaycana
Sənə rəhmət deyir elimiz, obamız
Yaşa Ulu öndər Heydər babamız.
‘’Ulu Öndər Heydər Əliyevin 100-illiyinə itaf edirəm’’
İbrahim Şükürov,
Masallı RAŞ-nın mətbuat katibi