“Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq “Körpü-bina tikinti” MMC-nin inşaatçıları Masallı rayonunun Sığdaş kəndində kənd təsərrüfatı bitkilərinin suvarılması üçün birinci sututarın təmirini başa çatdırıblar. Bu, rayonda təmir edilən sayca 33-cü kiçik sututarıdır.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Masallıdakı Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Mahir Əliyevin azərtac-ın bölgə müxbirinə verdiyi məlumata əsasən, Sərəncamın icrası istiqamətində indiyədək Masallı rayonunda 37 kiçik sututarından 33-də təmir-bərpa işləri aparılıb, 3 kiçik su tutarında isə təmir işləri bu ilin sonunadək başa çatdırılacaq.
Yeni su tutarlarının istismara verilməsi ərazidə min hektarlarla əkin sahəsinin suvarılmasına kömək edəcək.