Son bir neçə gündə İranda narkotiklə əlaqəli cinayətlərdə mühakimə olunan 11 nəfər edam edilib.
Leqal.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (IHR) məlumat yayıb.
Bildirilib ki, Zahidan Mərkəzi Həbsxanasında 9 İran və 2 Əfqanıstan vətəndaşı asılıb.
Edam edilən məhbusların hamısı narkotiklə əlaqəli cinayətlərə görə məhkum ediliblər.
Qeyd edək ki, IHR-ın məlumatına görə, 2023-cü ilin əvvəlindən İranda edam edilənlərin sayı 423 nəfərdir.