Şəkidə “Ulu Öndər: Dəyərlərimizin xilaskarı” mövzusunda üçgünlük seminar işə başlayıb

Şəkidə “Ulu Öndər: Dəyərlərimizin xilaskarı” mövzusunda üçgünlük seminar işə başlayıb
  • Cəmiyyət

  • İyulun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF) tərəfindən 25-27 iyul tarixlərində Şəki şəhərində gənclər üçün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə təşkil olunan “Ulu Öndər: Dəyərlərimizin xilaskarı” adlı layihənin açılış mərasimi keçirilib. 

    Tədbirdə Fondun şöbə müdiri Rəşid Paşalı, YAP Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki sektorunun baş məsləhətçisi Səbahət Bağırova, Sumqayıt Dövlət Universitetinin müəllimi, şərqşünas Əli Rzazadə, AMEA-nın Şəki Regional Elmi Mərkəzi Tarixi irs və etnoqrafiya şöbəsinin müdiri Rahim Həsənov, Balakən, Zaqatala, Qax, Şəki rayonlarından olan gənclər və ictimaiyyət nümayəndələri iştirak edib. 

    Fondun şöbə müdiri Rəşid Paşalı bildirib ki, gənclər arasında milli-mənəvi dəyərlərimizin, Azərbaycançılıq məfkurəsinin və Heydər Əliyev irsinin təbliği, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə həyata keçirilən seminar-treninqdə Şəki şəhəri ilə yanaşı, Balakən, Zaqatala və Qax rayonlarından, ümumilikdə, 60 gəncin iştirakı nəzərdə tutulub. 

    Seminar çərçivəsində ekspertlər tərəfindən müxətlif mövzularda mühazirə və diskussiyaların təşkili, Fondun dəstəyi ilə hazırlanmış “Heydər Əliyev və azərbaycançılıq”, “Dəyərlərimizin dastanı” adlı filmlərin nümayişi, şəhər ərazindəki tarixi-mədəni abidələrin ziyarət edilməsi, “Dəyərlərimizi öyrənək” adlı intellektual yarış, eləcə də digər əhəmiyyətli tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.


    Müəllif: Leqal.az

    PAYLAŞ:

    Oxşar xəbərlər