DİN-in Mətbuat xidmətinin rəisi vəzifəsi Elşad Hacıyevə tapşırıldı

DİN-in Mətbuat xidmətinin rəisi vəzifəsi Elşad Hacıyevə tapşırıldı
  • Cəmiyyət

  • Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi vəzifəsini Elşad Hacıyev icra edəcək.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

    Əmrə əsasən, DİN-in Mətbuat xidmətinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq polis polkovnik-leytenantı Elşad Hacıyevə tapşırılıb.

    Qeyd edək ki, Elşad Hacıyev 2020-ci ildən DİN Mətbuat xidmətinin şöbə rəisi vəzifəsini tutur. O daha əvvəl Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəhbəri olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər