Məlumdur ki, 2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə Hərəkata sədrliyi həyata keçirməyə başlayıb.
Azərbaycan 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdü və Azərbaycanın sədrliyi dövründə gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstəricisi kimi Hərəkata sədrliyimiz yenidən yekdil qərarla daha bir il uzadıldı.
Qoşulmama Hərəkatı dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır və BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan hərəkata sədrlik, xüsusilə də sədrliyin daha bir il uzadılması ölkəmizin qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin növbəti nümunəsidir. 2019-cu ildə Hərəkata sədrliyi öz üzərimizə götürərkən də Prezident İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaq.
Bu mənada Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının sədri kimi nəyi dedisə, onu da həyata keçirdi. Prezidenti İlham Əliyevin sayəsində ölkəmiz bu təsisata uğurla rəhbərlik etməklə onun beynəlxalq aləmdə nüfuzunu və rolunu gücləndirib, böyük uğura imza atıb. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan dövləti COVİD-19 pandemiyasına qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib. Azərbaycan koronavirus təhlükəsi yarandığı ilk günlərdən pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, indiyədək 80-dən çox ölkəyə humanitar yardım edib.Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli və fəal üzvü olaraq, həmçinin, postpandemiya dövrü haqqında düşünməli oldu . Bu ilin mart ayında Azərbaycan Bakıda Qoşulmama Hərəkatının pandemiyadan sonrakı bərpaya həsr olunmuş növbəti sammitini uğurla təşkil etdi. Azərbaycan pandemiyadan sonrakı dövrdə daha yaxşı bərpa üzrə fikirlərini bölüşdü.Azərbaycan Hərəkatın institusional inkişafına güclü dəstək verdi.
Ölkəmizin sədrliyi dövründə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, həmçinin Gənclər Təşkilatı yaradılması bunun əyani sübutudur. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan “Bandunq prinsipləri “ əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu. Hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işlər gedir.
Qoşulmama Hərəkatına sədrliyimz dövründə Azərbaycan xalqı üçün ən önəmli və yaddaqalan məqam Vətən müharibəsində bizim tarixi Qələbəmiz oldu.
2020-ci ildə Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edərək Ermənistanın 30 illik işğalına son qoydu. İşğalçı ölkə kimi Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da, Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin icrasını özü təmin etdi. Azərbaycanın bu Qələbəsi beynəlxalq hüququn və ədalətin zəfəridir.
Məhbubə Şahbazova,
Masallı rayonu, Bədəlan kənd tam orta məktəbi