Vətən Müharibəsi iştirakçısı, Qazi Cahangirov İlqar Əlsafa oğlu tərəfindən Azadmedia.az-a ŞİKAYƏT daxil olub. Qazi şikayət məktubunda Prezidentin tapşırıqlarına məhəl qoymayan Abşeronun icra başçısı Abdin Fərzəliyevdən şikayət edir. O, saytımız vasitəsilə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya məktub yazıb, kömək istəyib.
Qazi ikinci qrup əlildir. Ali Baş Komandan Cənab İlham Əliyevin göstərişi ilə 2021-ci ildə Bakı şəhərində mənzillə təmin olunub. Qüsursuz xidmətə görə 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla, Silahlə qüvvələrin 90, 95 və 100 illiyi yubiley, Azərbaycan ordusunun yaranmasının 10 illiyi yubiley, hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli, Füzulinin, Cəbrayılın, Xocavəndin, Şuşanın azad olunmasına görə, döyüşdə fərqlənməyə görə və vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunub. Atası Əlisafa Cahangirov birinci Qarabağ müharibəsinin iştirakçısı olub, anası Zəminə Cahangirova qəhrəman ana adını alıb və ömürlük 1-ci qrup əlildir. İki qardaşından biri Altay Cahangirov birinci Qarabağ döyüşlərində yaralanıb, ömürlük 2-ci qrup əlildir və digər qardaşı Fərahim Cahangirov birinci Qarabağ müharibəsi veteranıdır.
Bir sözlə, biz ailəlikcə vətənimizə və dövlətimizə bağlı şəxslərik deyən Qazi yazır ki, Abşeron rayon İcra Hakimiyyətinin Başçısı Fərzəliyev Abdin Ələskər oğlu, cənab Prezident İlham Əliyevin tapşırıqlarına məhəl qoymayaraq özünü ağa kimi, xan kimi apararaq vətəndaşlara yuxarıdan aşağı baxır: "Təsəvvür edin mən 2022-ci ilin dekabr ayından bu günə qədər Abşeron rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyevin qəbuluna düşə bilmirəm. Hər dəfə Abşeron rayon İcra Hakimiyyətinə getdikdə Abdin məllim burada yoxdur, iclasdadır falan filan bəhanələri ilə məni yola salırlar. Mən icra başçısının qəbuluna gedirəm lakin məni qapıda duran polis qəbul edib yola salır.
Abdin Fərzəliyevin özünü ağa kimi aparmağı qalsın bir tərəfə hələ onun müavinləri də özlərini ağa kimi apararaq məni qəbul etmir. Qaziyə qoyulan hörmət budursa görün vətəndaşlar nələr çəkir Abdin Fərzəliyevdən. Maraqlıdır ki, cənab Prezident İlham Əliyevin tapşırıqlarına məhəl qoymayan Abdin Fərzəliyev bu hərəkəti ilə nə demək istəyir? Əgər ölkənin Prezidenti vaxtını ayırıb qazilərlə görüş keçirə bilirsə, icra başçısı nə üçün qazini qəbul etməməlidir?
Mən buradan Abşeron rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyevə sual verirəm: Cənab Prezident İlham Əliyev sizi o vəzifəyə nə üçün təyin edib və nəyə görə cənab Prezidentin tapşırıqlarına məhəl qoymursuz?
Müraciətinin sonunda QaziCənab Prezident İlham Əliyevdən və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevadan xahiş edir ki, Abşeron rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyevə tapşırıq verəsinlər ki, onu qəbul edərək problemlərimin həlli istiqamətində ona köməklik göstərsin.