Türkiyə-Azərbaycan birgə PUA istehsalı məsələsinə baxılır

Türkiyə-Azərbaycan birgə PUA istehsalı məsələsinə baxılır
  • Cəmiyyət

  • Türkiyə-Azərbaycan birgə pilotsuz uçuş sistemlərinin istehsalı və onların Azərbaycanda istismarı məsələsinə baxılır.

    Leqal.az xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov CBC telekanalına müsahibəsində bildirib.

    “Qardaş Türkiyə ilə çox sıx əməkdaşlığımız var, ortaq layihə mövcuddur. Söhbət təkcə yeni pilotsuz uçuş aparatlarının, sistemlərinin alınmasından yox, həm də onların birgə istehsalından və burada istismarından gedir. Artıq bu məsələlər öz həllini tapır və yaxın gələcəkdə, yəqin ki, ictimaiyyətə məlumat veriləcək. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı ölkələrimizin Silahlı Qüvvələri arasındakı əməkdaşlığa xüsusi diqqət yetirir. Bildiyiniz kimi, biz çox güclü inteqrasiya olunmuşuq, birgə təlimlər keçiririk”, - nazir deyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər