“Ölkənin mövcudluğuna təhlükə yaranarsa, Rusiya bütün güc və vasitələrdən istifadə edəcək”.
Leqal.az report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumda deyib.
Onun sözlərinə görə, Rusiyanın NATO ölkələrindən daha çox nüvə silahı var: “Qərb Rusiya ilə danışıq aparmaq istəmirdi, amma onlar istəyəcəklər, biz isə duruma baxacağıq. Rusiyanın NATO ölkələrindən daha çox nüvə silahı var və onlar bizdən onun sayını azaltmağımızı istəyirlər”.