2023-cü il Hedər Əliyev ili çərçivəsində tədbirlər planına uygun olaraq Azərbayacan Respublikası Ombudsmanı cənub bölgəsi üzrə nümayəndəsi və rayon ağsaqqallar şurasının birgə əməkdaşlığı ilə tədbir keçirilmişdir.
Tədbir rayon mərkəzi kitabxanası dəyirmi masa arxasında aparılmışdır.
Giriş sözü Masallı Rayon Ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev açmışdır.
Giriş sözündən sonra Ombudsman Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov insan haqları barədə geniş məruzə ilə çıxış etmişdir. Müzakirələrdə vətən müharibəsi qazisi Cavid Nuri, Rayon ziyalılar birliyinin sədri Qardaş Fətullayev, din Xadimlərindən fəlsəfə elmləri namizədi Əliqulu Qardaşov, Şəhid anaları Respublika şəhid anaları cəmiyyətinin sədr müavini ağsaqqalar şurasının üzvü Yavər Şabazov , Xıl ərazi üzrə nümayəndəsi Əlövsət Sadıqov, Azad azərbaycan qəzetinin redaktoru Agalar İdrisoglu, pedaqoq Firəngiz Niftiyeva və başqaları çıxış edərək insan haqları sahəsində təbliğat maarifləndirmə işini daha da gücləndirməsinə önəm vermişlər.
Tədbirdə rayon icra hakimiyyətinin ictimai siyasi humanitar məsələləri üzrə baş məsləhətçisi Əlmərdan Abdullayev iştirak etmişdir.
Hüquq gecəsini Ə.Niftiyev yekunlaşdırmış və qarşıdan gələn ad günü münasibəti ilə Mirəyyub Əliyevə agsaqqallar şurası adından təbrik məktubu və hədiyyəni təqdim etmişdir.
İbrahim Şükürov,
Masallı RAŞ-nın mətbuat katibi