“Dövlətlərimiz arasındagüclü əlaqələrimizin 30 illiyi”

“Dövlətlərimiz arasındagüclü əlaqələrimizin 30 illiyi”
  • Cəmiyyət

  • Mayın 30- da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsax Hersoq mətbuata bəyanatlarla çıxış etmişlər.
    İlk öncə dövlətimizin başçısı İlham Əliyev bəyanatla çıxış etdi.Azərbaycan Prezidenti çıxışında İsrail Dövlətinin Prezidenti İsax Hersoqu və onun başçılıq etdiyi nümayəndə heyətini  salamlayaraq,Azərbaycana səfərə gəldiyi üçün İsrail Dövlətinin Prezidenti İsax Hersoqa təşəkkürünü bildirdi.Azərbaycan Prezidenti çıxışında demişdir:

    -Sizin səfəriniz ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir.Əminəm ki, səfər bizim ikitərəfli əlaqələrimizigücləndirəcək.Bu il İsraildə Azərbaycan səfirliyinin açılması,əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda,daha sıx qarşılıqlı əməkdaşlıq etmək üçün geniş imkanlar yaradacaq.Bu gün müzakirələr zamanı biz, həmçinin enerji sahəsində əməkdaşlığın necə genişləndirilməsi məsələsini də müzakirə etdik.Azərbaycan Prezidenti çıxışında hər iki dövlət arasında hərbi,siyasi,kənd təsərrüfatı, irriqasiya sahələrində əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib.

    O, çıxışında Azərbaycanla İsrail dövlətləri arasında ortaq baxışlarımızın mövcudluğunu, Azərbaycanın dünyada və regionda böyük təsirə malik olduğunu vurğulayıb.

    Tədbirin sonunda İsrail Dövlətinin Prezidenti İsax Hersoq qəbula və yüksək qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə öz dərin minnətdarlığını bildirib.İsrail dövlətinin Prezidenti çıxışında demişdir: “Mən bu möhtəşəm an üçün Sizə səmimi qəlbdən minnətdarlığımı bildirmək istəyirəm.Biz İsrailin müstəqilliyinin 75 illiyini,eyni zamanda,dövlətlərimiz arasında çox güclü əlaqələrimizin 30 illiyini qeyd edirik.Əminəm ki,mənim və nümayəndə heyətimin bu səfəri əlaqələrimizin daha da inkişafı baxımından bir mərhələ olacaq.Təşəkküredirəm,bizim dediyimiz kimi,şalom, cənab Prezident.



    Ziyafəddin Cavadov,
    Masallı. S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbin müəllimi
    PAYLAŞ:

    Oxşar xəbərlər