İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri İsrail-Azərbaycan münasibətlərində yeni mərhələdir. İsrail-Azərbaycan münasibətləri uzun müddətdir ki, yüksək səviyyədədir. Düzdür, İsxak Hersoq Bakıya səfər edən ilk yəhudi prezident deyil, lakin münasibətlərin mövcud səviyyəsi və hazırkı geosiyasi situasiya bu səfərin önəmini əlahiddə şəkildə artırır. Diplomatik, iqtisadi, humanitar xüsusilə hərbi müdafiə sənayesində əlaqələrimiz yüksəkdir”.
Azərbaycanla İsrail arasında müsbət münasibətlərin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. İsrailin lobbisinin Azərbaycanın haqq işinə dəstək verməsi təqdirəlayiq addımdır. Azərbaycanın yəhudi icmasına münasibəti birmənalı olub. İsraillə Azərbaycanın münasibətlərinin yüksələn xəttlə inkişafı həm İsrail, həm Azərbaycan, həm də region ölkələri üçün önəmli və əhəmiyyətlidir. Sülh, təhlükəsizliyə əmin amanlıq üçün də önəmli hadisədir.
İsrail yeganə ölkələrdəndir ki, yüksək texnologiyalarla əldə etdiyi silahları Azərbaycana verir. Bu da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və qorunması üçün önəmlidir.Azərbaycanda yaşayan yəhudilərə hər zaman yüksək diqqət və qayğı olub. Buradan İsrailə qayıdan və orada müxtəlif işlərdə çalışan yəhudilər hər zaman söyləyir. 2-ci Qarabağ müharibəsində Azərbaycana çox dəstək oldular. İsrail Azərbaycanın haqq işini birmənalı dəstəklədi. Eyni zamanda, l və II Qarabağ müharibəsində yəhudi vətəndaşlar Azərbaycanla çiyin-çiyinə vuruşublar.Yəhudilər Azərbaycan ilə nəinki çiyin-çiyinə vuruşublar, eyni zamanda Azərbaycanda yaşayan yəhudilər ərazi bütövlüyümüz uğrunda qəhrəmanlıqlar da göstəriblər:
"Hətta, yəhudilər arasında Azərbaycan üçün öz canlarından keçənlər var. Biz onlara heykəl ucaltmışıq.
Təkcə Albert Aqarunovun adını çəkmək kifayətdir. Bakının ən görkəmli yerində onun heykəli var. Albert Aqarunov Azərbaycanın ən yüksək fəxri adı olan Azərbaycanın Milli Qəhrəmanı adını almışdır. Ona görə də bu münasibətlər artıq dostluq deyil, qardaşlıqdır. Bu, birgə düşüncə, baxışdır. Bu gün Azərbaycanın İsrail ilə bu səviyyədə münasibətlərində əsas rollardan biri məhz yəhudilərin Azərbaycanda sadəcə bir milli azlıq kimi yox, o cümlədən də bu torpağın ən layiqli vətəndaşları olmasındadır. Biz fəxr edirik ki, yəhudilərlə belə əlaqələrimiz, münasibətlərimiz, qardaşlığımız və qan qohumluğumuz mövcuddur".
Aĝamməd ŞƏNMƏDOV,
YAP Masallı Rayon Təşkilatının fəal üzvü