Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar

Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar
  • Cəmiyyət

  •  Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun çox böyük potensialı var. Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək .Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur.
                 
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mayın 28-də Laçın şəhərinə növbəti səfəri həm quruculuq işlərinin sürətləndirilməsi baxımından gərəkli oldu, həm də Müstə¬qillik günü Laçın şəhərində olmaq, La¬çın¬da çıxış etmək, İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən, qəhərmanlardan Laçında danışmaq mahiyyəti baxımından bir gerçəkliyin ifadəsidir. Bu Zəfər tarixin axarını həqiqətə əbədilik dəyişdi!
                 
    Bu səfər həm də Laçına qayıdışla tarixləşdi. Quruculuq işləri 8 ayda böyük sürətlə aparıldı, Laçının böyük bir hissəsi tamamilə yeniləndi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qürurla bildirdi ki,  ilk 20 ailə artıq Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasaçaqdır.
                   
    Mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub. Azərbaycan isə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünləri öz doğma yurdlarına qaytarıb. Laçın rayonunun işğal altına düşməsi hamımız üçün böyük faciə idi. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə əl atan  AXC-Müsavat cütlüyü Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi. Cari ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. 
     
    Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan ayağa qalxa bildi,  Azərbaycan inkişaf yoluna qədəm qoya bildi, vətəndaş müharibəsinə son qoyuldu.Bütün dünya ictimaiyyəti yaxşı bilir ki, Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə çıxmaq istəmirdi, işğal edilmiş torpaqlardan çıxmaq istəmirdi. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Azərbaycan qalib oldu. Danışıqlar aparılan müddətdə iqtisadiyyatımızı gücləndirdik və bu gün heç kimdən asılı deyilik. Güclü ordu qurmuşuq. 
     
    Gözəl gənc nəsil yetişdirdik – vətənpərvər, tərbiyəli, milli ruhda tərbiyə almış gənc nəsil. İkinci Qarabağ müharibəsindən keçən dövr gələcək üçün çox önəmli idi. Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Şuşa işğaldan azad olunandan, bir çox kəndlər azad olunandan sonra Ermənistan faktiki olaraq kapitulyasiya aktına imza atmışdır. Torpaqdan pay ola bilməz. Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. Son vaxtlar beynəlxalq təşkilatlar faktiki olaraq bizim mövqeyimizlə tamamilə razılaşıblar. Bir müddət bundan əvvəl Azərbaycanın iki hərbçisi yolu azaraq Ermənistan ərazisinə keçib və orada da işgəncələrə məruz qalıb.Delimitasiya bizim şərtlərimiz əsasında, yəni, ədalətli şərtlər əsasında olmalıdır, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır.



               
    Tural Sadıqov,
     Masallı Gənclər Evinin metodisti
    PAYLAŞ:

    Oxşar xəbərlər