Laçında 28 may bayramı

Laçında 28 may bayramı
  • Cəmiyyət

  • Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində olub, əhali ilə görüşərik evlərin açarlarını onlara təqdim edib. Sonra isə dövlət başcısı genişmiqyaslı   çıxış edib. 
               
    Prezident İlham Əliyev öz çıxışında bildirdi ki, bu gün xalqımızın ən əziz günlərindən biri Müstəqillik Günüdür. Bu bayram münasibəti ilə Azərbaycan xalqını, həmçinin Laçın rayonunun yeni sakinlərini təbrik edirəm. Dövlət başçısı eləcədə qeyd etdi ki, bu gün ikiqat bayramdır. Çünki bu gün Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar və bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm.
                 
    Dövlət başçısı cənab İlham Əliyev  bu görüşü məhz bu günə 28 may tarixə salınması rəmzi məna daşıdığını bildirdi. Eləcə də müstəqil Azərbaycan həm dünya miqyasında öz mövqeyini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadir olduğunu bildirdi. 
                 
    Prezident İlham Əliyev bir daha öz çıxışında qeyd etdi ki, Laçın şəhərinə qədər güclü olmasını əsaslı sübut etdi. Bu bir bariz nümunədir ki, 7-8 ay ərində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sizin sərancamınıza verilmişdir. Artıq 20 ailə öz dədə-baba torpaqları olan Laçına qayıdaraq yeni tikilmiş evlərdə yerləşdirilib və iyun ayının sonuna qədər bir çox ailələr buraya gələrək öz yurdlarına qayıdacaqlar.  
                 
    Dövlət başçısı İlham Əliyev uzun müddət işğal altında qalmış Qarabağ torpaqlarının danışıqlar yolu ilə həlli yollarını çoxlu səylər göstərməsinə baxmayaraq buna nail ola bilmədiyimizi qeyd etdi. Bunu bütün Azərbycan xalqı, eləcə də dünya rəhbərləri əminliklə bildirdilər ki, Ermənistan bizim torpaqlardan çıxmaq istəmir. Lakin Azərbaycanın dədə-baba torpaqları olan Qarabağ torpağı sülh ilə yox müharibə ilə də   olsa geri qaytarılmalı idi. Bu gün müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində biz buna nail olmuşuğ. Biz düşməni döyüş meydanında məğlub etmişik və məcbur şəkildə öz torpağlarımızı işğaldan azad etmişik. Bu qalibiyyətimizi biz güclü ordumuza borcluyuq. Bütün bəşəriyyətə bir daha sübut etdi ki, bu ordu 44 gün ərzində düşmanı darmadağın edib, onları diz çökdürüb və torpağlarımızdan qovublar. Dövlət başçısı onu da qeyd etdi ki, torpaqlarımızın işğaldan azad olunması çoxlu igid oğlanlarımızın qani bahasına başa gəldi. Bu şəhidlər Azərbaycan xalqının yetişdirdiyi gənclər və qəhrəmanlar idi. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Biz onların sayəsində bu torpaqlarda rahat gəzir və yaşayırıq. Biz onların qəhrəmanlıqlarını heç zaman unutmayacayıq. 
              
    Sonda ölkə başçısı cənab İlham Əliyev Azərbaycan xalqını, Laçın şəhərinin yeni sakinlərini öz dədə-baba torpaqlarına qayıtmaqları münasibətilə, həmçinin bayram münasibətilə bir daha təbrik etdi, can sağlığı, uğurlar arzu etdi.
                    
           
     
       
     Abdullayev Canəli,
    Masallı rayonu Qarğalıq kənd Ə.Vəliyev adına tam orta məktəbin Dil-ədəbiyyat müəllimi  
         
    PAYLAŞ:

    Oxşar xəbərlər