Mayın 25-də Moskvada Ali Avrasiya iqtisadi inkişaf şurasının geniş tərkibdə iclası keçirilib. Dövlətimizin başçısı İlham Əliyev tədbirdə qonaq qismində iştirak edib.
Ali Avrasiya iqtisadi inkişaf şurasının iclasını Rusiya prezidenti Vladimir putin açdı.
Azərbaycan Prezidentinin Ali Avrasiya iqtisadi Şurasının iclasında qonaq qismində iştirak etdiyini vurğulayan Rusiya Prezidenti dedi: "Mənim üçün qeyd etmək xoşdur ki, Azərbaycan Prezidenti İlham Əliyev bugünkü iclasda ilk dəfədir qonaq qismində iştirak edir.Mən onu və Azərbaycan nümayəndə heyətini salamlamaq istərdim".Sonra İqtisadi Şurasına üzv olan digər dövlət başçıları çıxış etdilər.
Rusiya Prezidenti Vladimir Putin sözü Azərbaycan Prezidenti İlham Əliyevə verdi.Cənab İlham Əliyev tədbirdə çıxış elədi.O, çıxışında tədbir iştirakçıları olan dövlət başçılarını salamlayaraq, tədbirdə qonaq qismində dəvət etdiyinə görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkürlüyünü bildirdi. O,eyni zamanda bildirdi ki, Azərbaycan 30 il ərzində Avropa İqtisadi Birliyi üzvləri ilə əməkdaşlığı inkişaf edir. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün ərazi bütövlüyünün və süverenliyinqarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var. Dövlətimizin başçısı çıxışında Rusiyanın təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü keçiriləcəyini ifadə edib. Azərbaycan Prezidenti çıxışında Bakıda artıq bir neçə ildir ki, bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsinin fəaliyyət göstərdiyini qeyd edib.
Azərbaycan Prezidenti çıxışında demişdir:-Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin əsas iştirakçısıdır.Biz, həmçinin ölkənin əsas hissəsini NMR ilə birləşdirəcək həm də beynəlxalq dəmiryol nəqliyyatının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük.Vladimir Vladimiroviç,sonda bir daha Sizə dəvət üçün,eləcə də bütün həmkarlarıma dəstəklədiklərinə görə təşəkkür etmək istərdim.
Prezident çıxışında bildirmişdir ki, ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil etmişdir. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artmışdır. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olmuşdur. Prezident əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu bildirmişdir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verdiyini, Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malik olduğunu, on beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacağını bildirmişdir.
Ziyafəddin Cavadov,
S, Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi