Prezident İlham Əliyevin Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı etmişdir

Prezident İlham Əliyevin Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında çıxışı etmişdir
  • Cəmiyyət

  • Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə qonaq qismində iştirak edib. Ölkə başçısının tədbirə qatılmasını şərtləndirən əsas səbəblərdən biri də Rusiyanın vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş nazirinin görüşünün keçirilməsi olub.

    İclasda çıxış edən dövlət başçısı Azərbaycanın ikitərəfli formatda Ermənistan istisna olmaqla Avrasiya iqtisadi birliyinə üzv olan ölkələrlə sıx əlaqələrə malik olduğunu və ticarət dövriyyəsinin keçən il 31 faiz artaraq 4,7 milyard dollara çatdığını bildirib. Dövlət başçısının sözlərinə görə 2022-ci ildə birliyə üzv olan ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 9 faizə yaxın təşkil edib. Azərbaycanın şərq-qərb və şimal-cənub nəqliyyat yollarının kəsişdiyi coğrafi məkanda yerləşdiyini vurğulayan dövlət başçısı ölkənin şimal-cənub beynəlxalq nəqliyyat dənizinin əhəmiyyətli iştirakçısı olduğunu qeyd edib. Bildirib ki, ölkənin nəqliyyat logistika infrastrukturu istənilən istiqamətdə daşımaların həyata keçirilməsinə imkan verir. Həmçinin ölkə başçısı onu da vurğulayıb ki, Azərbaycan Xəzər hövzəsində ən böyük ticarət donanmasına malikdir.
                 
    Avrasiya Birliyinin zirvəsində xüsusi qonaq kimi iştirak edən Prezident Əliyev göstərdi ki, bütün aspektlərdə müstəqil siyasət yürüdən ölkə olaraq Azərbaycan bu quruma üzv olmadan da orada yer alan konkret ölkələrlə əməkdaşlığının miqyasını daha da genişləndirə bilir.
               
    Onu da demək lazım gəlir ki, həmin tədbirdə çıxışı zamanı Prezident ölkəmizin inkişaf yoluna geniş toxundu. Bu fonda diqqətə çatdırdı ki, Azərbaycan “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Bu zaman dövlət başçısı Zəngəzur dəhlizinə də geniş toxundu. Diqqətə çatdırıldı ki, Zəngəzur dəhlizi region ölkələrinin tranzit potensialını yüksəldir və nəqliyyat sahəsində yeni imkanlar açır. Təbii ki, ölkənin böyük önəmi baxımından səsləndirilən bu məqamlar Ermənistan rəhbərliyinə toxunmaya bilməzdi. Bu səpkidə Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı məsələni başqa istiqamətə çəkməyə çalışsa da, özünü qeyri-çevik vəziyyətə saldı.

    Hətta o dərəcədə ki, Putin “dəhliz, ya yol anlayışlarını kənara qoyaraq” əsas məqam kimi ərazi bütövlüyünün tanınmasına fokuslanmağı tövsiyə etdi. Əslində Putin bununla Paşinyana eyham vurdu ki, “ay dadibidad, papağı artıq əldən vermisən, ərazi bütövlüyünü tanıdınsa, terminoloji məsələlərlə oynama”.  Əlbəttə, hadisələrin bu gedişi replika atan Paşinyana Prezident İlham Əliyevin arqumentli cavablarının nəticəsi oldu. İlham Əliyev həm Laçın yolunun hazırkı rejimi, həm də Zəngəzur dəhlizi barədə ortaya qoyduğu məntiq və arqumentlərlə Paşinyana qarşı kollektiv psixoloji-siyasi basqı mühiti yaratdı. Əslinə baxanda, Paşinyan o halı ilə həmin durumdan nisbətən yaxşı qurtardı. O əlavə replikalara gedəcəyi halda, daha pis vəziyyətlərə düşə bilərdi. Faktiki olaraq, Prezident İlham Əliyev Paşinyana Münhen təhlükəsizlik konfransından sonra yenidən diplomatiya dərsi keçdi. Görünür, bunu həzm edə bilməyən Paşinyan yenə erməni xislətinə sadiq qalaraq sərhədlərdə su bulandırmağa cəhd edir. 



    Əliyev Araz,
    Qəriblər kənd tam orta məktəb 
    PAYLAŞ:

    Oxşar xəbərlər