Şəhidlərin ailə üzvləri Şuşaya səfər ediblər

Şəhidlərin ailə üzvləri Şuşaya səfər ediblər
  • Cəmiyyət

  • 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı və qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılan şanlı salnamədir. Bu gün Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə diqqət ən ali səviyyədə nümayiş etdirilir. Şəhid ailə üzvlərinin işğaldan azad olunmuş ərazilərə səfərlərinin təşkili isə onlar üçün böyük təskinlikdir.

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, “Zəfər: Şəhid ailələrinə dəstək” İctimai Birliyi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Ağdaşda yaşayan şəhid ailəsi üzvlərinin Azərbaycanın mədəniyyət paytaxtına səfəri reallaşdırılıb. 
    Şuşada şəhid olan hərbçilərin valideynləri də səfər iştirakçıları arasında olub. Səfər çərçivəsində Şuşanın zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan quruculuq və bərpa işləri ilə tanışlıq olub. Şəhidlərin ailə üzvləri Cıdır düzünə gedib, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş büstlərini ziyarət ediblər. Gəzinti Şuşanın tarixi-mədəni abidələri, Şuşa qalasında davam edib.

    Səfər müddətində şəhidlərin yaxınları qəhrəman oğulların keçdiyi şərəfli yoldan, onların şücaətlərindən bəhs ediblər.

    www.leqal.az

    PAYLAŞ:

    Oxşar xəbərlər