“Litva və Azərbaycan strateji tərəfdaşdır”

“Litva və Azərbaycan strateji tərəfdaşdır”
  • Cəmiyyət

  • Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nausrda mətbuata bəyanatlarla çıxış ediblər.

    Əvvəlcə Litva Prezidenti, sonra isə cənab Prezident İlham Əliyev çıxış edib.Çıxışa başlayan Prezident İlham Əliyev Litva Prezidentini və qonaqları salamlayaraq qonaqpərvərliyə görə öz təşəkkürünü bildirib və qeyd edib ki, Litvada olduğundan çox məmnundur.

    Cənab Prezident bildirib ki, görüş zamanı geniş fikir mübadiləsi əsasında bir çox məsələlər müzakirə olunub, bir daha strateji tərəfdaşlığımız təsdiqlənib.Cənab Prezident Litva Prezidenti ilə Davosdakı görüşündən də söz açaraq bildirib ki, aramızda çox fəal siyası dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır.Prezident İlham Əliyevin fikrincə, siyasi müstəvidə əldə edilmiş razılaşmalar təbii ki, bütün digər sahələrə də öz müsbət təsirini göstərir.Cənab Prezident qeyd edib ki, bu gün keçiriləcək biznes forum bu istiqamətdə atılan önəmli addım olacaq.

     Tədbirdə ölkə başçısı onu da qeyd edib ki, biznes qrumlarının fəaliyyəti ticarət dövriyyəsinin artırılmasına da gətirib çıxaracaq.Çünki hər iki tərəfdən çox böyük maraq var. Prezident İlham Əliyev Litva Prezidenti ilə Azərbaycan-Ermənistan sülh danışıqları barədə də danışmışdır.İşğal altında olan torpaqlarda aparılan tikinti-quruculuq işləri barədə də məlumat vermişdir. Cənab Prezident qeyd etmişdir ki, işğal olunmuş ərazilərdə bütün infrastruktur, binalar, tarixi abidələr və sair dağıdılıb məhv edilmişdir. Buna görə sülh anlaşmasının imzalanması qaçılmazdır.

    Prezident İlham Əliyev qeyd etmişdir ki, Litvada və Azərbaycan da bərpa olunan enerji növlərinin yaradılması ilə də bağlı fikir mübadiləsin aparılıb. Bu istiqamətdə də paralel işlər gedilir. Həm Litva, həm də Azərbaycanda bu sahədə çox böyük diqqət göstərilir  və hesab edirəm ki, yaxın gələcəkdə bu sahədə də ikitərəfli əməkdaşlıq mümkün olacaq.

    Cənab Prezident daha sonra ölkələrimizi birləşdirən və ümumiyyətlə, qitələri birləşdirən Avrasiya qitəsində daha da rahat nəqliyyat- kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin payına böyük vəzifələrin düşdüyünü qeyd etmişdir. Çünki dünyada hökm sürən yeni  geosiyası reallıq bunu diktə edir.Həmçinin Prezident onu da vurğulamışdır ki, Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artmaqdadır. Müasir infrastrukturumuz buna imkan verir. Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir.

    Prezident qeyd edib  ki, müzakirə olunan məsələlərin önəmi bir daha onu göstərir ki, Litva və Azərbaycan strateji tərəfdaşlar kimi uğurla bir-bir ilə əməkdaşlıq edir, bu səfər əməkdaşlığımıza güclü təkan verəcəkdir. 

     

    Ş.Xəlilova
    S.Xəlilov adına Qızılağac kənd 1saylı tam orta məktəbin müəllimi
    PAYLAŞ:

    Oxşar xəbərlər