Göygöldə selin apardığı 2 nəfərin meyiti tapıldı

Göygöldə selin apardığı 2 nəfərin meyiti tapıldı
  • Cəmiyyət

  • DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilir.

    Onun sözlərinə görə, səhər saatlarında Gəncə çayının Gəncə şəhərindən keçən hissəsində hər 2 şəxsin meyitinin tapılması barədə Gəncə Şəhər Baş Polis İdarəsinə və Göygöl Rayon Polis Şöbəsinə məlumat daxil olub:

    "Dərhal polis əməkdaşları hadisə yerinə gələrək hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edilib. Araşdırmalar davam etdirilir".

    ***

    Xəbər verildiyi kimi, intensiv yağan yağışlar nəticəsində Göygöl rayonu Topalhəsənli kəndini sel basmış və nəticədə bir neçə fəsadlar yaranıb.

    DİN-dən “Qafqazinfo”ya bildirilib ki, polis əməkdaşlarının köməkliyi ilə Gəncə şəhər sakinləri V. Həziyev, T. Məmmədova və V. Həziyeva çay axınından xilas edilmiş, müxtəlif yüngül bədən xəsarətlərinə ilkin yardım göstərilib.
    Ətraflı
    Ad - 00:16

    ***
    Göygöldəki sel axınına 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun düşməsi barədə məlumat daxil olub. 

    Bu barədə DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya məlumat verilib. 

    Bildirilib ki, hazırda həmin şəxsin yerinin müyyən olunması istiqamətində axtarış işləri davam etdirilir.

    ***

    Səhər saatlarında Gəncə çayının Gəncə şəhərindən keçən hissəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun meyiti tapılıb.

    Hər iki nəfərin meyiti çıxarılaraq müvafiq ekspertizaya təqdim edilib. Araşdırmalar davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər