Azərbaycanın dünya miqyasında nüfuzu artır və beynəlxalq əlaqələrinin əhatə dairəsi getdikcə genişlənir. Prezident İlham Əliyevin müxtəlif ölkələrə ardıcıl səfərləri və ayrı-ayrı dövlətlərin başçılarının Azərbaycana səfərləri və eləcə də ölkəmizdə keçirilən beynəlxalq tədbirlər bunun bariz nümunəsidir. Azərbaycanın rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı layihələr ölkəmizə olan marağın getdikcə daha da artdığının əyani göstəricisidir. Cari il ərzində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Litvaya rəsmi səfəri ölkəmizin xarici əlaqələrinin coğrafiyasının genişlənməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Litva Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biridir . İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ilin noyabr ayının 27-də qurulub. 2007-ci ilin 3 aprel tarixində Litvanın Azərbaycanda, 6 sentyabr 2007-ci ildə isə Azərbaycanın Litvada səfirliyi açılıb.
Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlər son illərdə daha da dinamik inkişaf etməkdədir. Hər iki ölkə əlaqələrin inkişafında maraqlı olduqlarını nümayiş etdirirlər. Son illərdə iki dövlət arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələr uğurla inkişaf edir və nəzərə çarpacaq dərəcədə fəallaşır.İki ölkə arasında sənaye və energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, rabitə və informasiya texnologiyaları, gömrük sahəsində əməkdaşlıq mövcuddur.
Cari ilin mayın 22-də Prezident İlham Əliyev Litvaya rəsmi səfər edib. Səfər zamanı hər iki ölkə başçısı mətbuata bəyanatla çıxış ediblər.Səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlərin keçirilməsi və mühüm sənədlərin imzalanması iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsi və əməkdaşlıq çərçivəsinin daha da genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Möhtərəm Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, “Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır.Gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İxrac edilən qazın həcmi ildən-ilə artır.Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı olan işlər paralel şəkildə aparılır. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir.Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır. Müasir infrastrukturumuz buna imkan yaradır. Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir. Birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olunacaq”
Bəli sabitlik və uğurlu əməkdaşlığın təminatı olan iqtisadi inkişaf ölkəmizin mövqelərini dünyada daha da gücləndirib və inkişaf etdirib. Bütün bunlar Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi siyasətin nəticəsində mümkün olub və həyata keçirilib. Azərbaycan bu gün özünün inkişaf konsepsiyasına uyğun olaraq inkişaf edir və dünyada tanınır. Ölkəmizin iştirakı ilə reallığa çevrilən beynəlxalq layihələr və tədbirlər bunun əyani təzahürüdür.
Yaşasın qüdrətli Azərbaycan! Yaşasın Möhtərəm Prezidentimiz!
Əntiqə Tağıyeva,
YAP Masallı Tarix Diyarşünaslıq Muzeyi
ərazi partiya təşkilatının sədri.Uğurlu əməkdaşlığın təminatı olan iqtisadi sabitlik.