Mayın 10- da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 ilik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın baş tacı olan Şuşa şəhərindən Azərbaycan xalqına müraciət edib.
Dövlətimizin başçısı çıxışında bildirib ki,bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 ilik yubileyidir.Cənab İlham Əliyev 2023-cü ili imzaladığı sərəncamla "Heydər Əliyev ili" elan etdiyini bildirib.O, çıxışında ilin əvvəlindən başlayaraq "Heydər Əliyev ili " çərçivəsində Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı çoxsaylı tədbirlərin keçirildiyini və bu tədbirlərin ilin sonuna kimi davam etdiriləcəyini söyləyib.Dövlətimizin başçısı çıxışında demişdir:"Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim.Amma hesab etdim ki,mən bu gün burada olmalıyam,Şuşada olmalıyam , bu binanın önündə olmalıyam.Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır.
Şuşa işğaldan azad olunanda,bax,bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər.Bu binanın damında Azərbaycan bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi".
Azərbaycan Prezidenti çıxışında demişdir ki,Ulu Öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə öz doğma xalqına sədaqətlə xidmət etmişdir.Sovet Azərbaycanı dövründə 1969-1982- ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Məhz o illərdə,Ulu Öndərin rəhbərlik etdiyi dövrdə yetişmiş kadrlar müstəqil Azərbaycanda bu gündə də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər.Dövlətimizin başçısı Ümummilli Liderimiz Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının 1993- cü ildə prezidenti seçiləndən sonra həyata keçirdiyi uğurlu iqtisadi və siyasi layihələrdən də ətraflı məlumat verib.Müstəqil Azərbaycanın ilk konstitusiyası məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edildiyini,"Əsrin müqaviləsi" kimi müstəqil Azərbaycan tarixinə düşmüş neft strategiyasının təməli məhz Ulu Öndər Heydər Əliyevin dövründə qoyulmuşdur."Heydər Əliyevin neft strategiyası imkan verir ki,bu gün biz inkişaf edək,Qarabağımızı,Zəngəzuru yenidən quraq.1994- cü ildə "Əsrin konrtaktı",1996-cı ildə "Şahdəniz "qaz yatağı üzrə imzalanmış kontrakt bizim bugünkü iqtisadi qüdrətimizi şərtləndirən əsas amildir".O,çıxışında işğaldan azad olunmuş torpaqlarda gedən geniş abadlıq və quruculuq işlərindən də danışıb.Qarabağ və Zənguzurun dirçəldiyini, ermənilər tərəfindən viran qoyulmuş şəhərlərin, tarixi və mədəniyyət abidələrinin sürətlə bərpa edildiyini bildirib.Dövlətimizin başçısı çıxışının sonunda demişdir:"Mən əminəm ki, bu gün atamın ruhu şaddır,bu gün bizim bütün əcdadlarımızın ruhu şaddır.Biz elə etməliyik ki,öz fəaliyyətimizlə daim onların ruhunu şad edək.Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!"
Ziyafəddin Cavadov,
S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbi