Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar İlham Əliyevin müraciəti barədə

Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar İlham Əliyevin müraciəti barədə
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Şuşa şəhərindən müraciət edib.
    Şuşa şəhərindən hamını salamlayan ölkə başçısı cənab İlham Əliyev bildirdi ki, hamıya məlum olduğu kimi bu gün bütün Azərbaycan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Həmçinin 2023-cü il imzaladığım sərəncamla “Heydər Əliyev ili” elan olunmuşdur. Eləcə də bu ilin əvvəlindən bu günə qədər ölkəmizdə və müxtəlif ölkələrdə müxtəlif tədbirlər keçirilmiş və ilin sonuna qədər də davam etdiriləcəkdir. Xalqımızın bu tədbirləri genişmiqyaslı keçirmələri bunu bir daha sübüt etdi ki, Azərbaycan öz dahi liderini heç zaman unutmayib və unutmayacaq.  
     
    Prezident İlham Əliyev öz çıxışında bildirdi ki, bu gün bu müraciəti məhz paytaxt Bakıdan yox Şuşa şəhərindən ünvanladığıma xüsusi səbəb vardır. Çünki Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır, Şuşa işğaldan azad olunanda bu meydanda qəhrəman Azərbaycan hərbiçiləri Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damına Azərbaycan bayrağı asılmış və ertəsi gün Ermənistan kapitulyasiya aktına imza atmışdır.
     
    Ölkə başçısı İlham Əliyevin xalqa müraciətində xüsusi vurğu ilə qeyd etdi  ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu azad görmək idi. Biz Ulu Öndərin və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu reallığa çevirdik.
     Prezident İlham Əliyev xalqımızın Ümumilli Lideri Heydər Əliyevin ilkin fəaliyyət dövründən tutmuş son nəfəsinə qədər Azərbaycana-öz xalqına sədaqətli xidmətindən danışdı. Sovetlər birliyinin tərkibində olduğumuz dövründən xüsusi vəzifələrdə işləyən Ulu öndər Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda fəaliyyət gösdərərək bizim ümumi inkişafımızı təmin edirlər.
     
    Cənab İlham Əliyev çıxışda onu da vurğuladı ki, xalqın Heydər Əliyevə olan inamı və 1993-cü ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Prezident olduğu 10 il müddətində Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Həmçinin Ulu Öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri ilə yanaşı biz onun davamçıları onun yolu ilə gedirik.

    Çıxışının sonunda ölkə başçısı İlham Əliyev qeyd etdi ki, bu gün atamın ruhu şaddır, bu gün bizim bütün əcdadlarımızın ruhu şaddır.



    Canəli Abdullayev,
    Masallı rayonu Qarğalıq kənd Ə.Vəliyev adına tam orta məktəbin Dil-ədəbiyyat müəllimi
    PAYLAŞ:

    Oxşar xəbərlər