Səbail rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilmişdir

Səbail rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilmişdir
  • Cəmiyyət

  • Mayın ayının 10-da “Heydər Əliyev İli” çərçivəsində Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilmişdir.

    Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları və veteranları iştirak etmişlər.

    İlk öncə tədbir iştirakçıları Azərbaycan Dövlət Akademik Musiqili Teatrının foyesində nümayiş olunan “Heydər Əliyev - 100” adlı sərgi ilə tanış olublar.

    Tədbirin rəsmi hissəsini giriş nitqi ilə açıq elan edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Ümummilli lider Heydər Əliyevin mənalı ömrünə nəzər salaraq müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndərin bütün həyatı boyu milli maraqların təmin olunması naminə atdığı qətiyyətli addımlardan söhbət açmış, Ümummilli Lider Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə xalqda milli özünüdərk hissini gücləndirdiyini, milli kimliyi, düşüncə sistemi barədə dolğun təsəvvür formalaşdırdığını qeyd etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı vurğulamışdır ki, dövlət müstəqilliyinin bərpa edildiyi ilk illərdə bütün sahələrdə dərin tənəzzül yaşayan Azərbaycan böyük təhlükələrlə, hətta müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi xaos və anarxiyadan qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısı alınmış və ölkəmiz dayanıqlı inkişaf yoluna çıxmışdır.

    Daha sonra Heydər Əliyevin zəngin və çoxşaxəli siyasi fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir.

    Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı tərəfindən Ulu Öndər Heydər Əliyevin ən çox sevdiyi klassik əsərlərin yer aldığı proqram təşkil olunmuşdur.

    PAYLAŞ:

    Oxşar xəbərlər