Laçın və Kəlbəcərdə daha 9 SES-in tikintisinə başlanılır

Laçın və Kəlbəcərdə daha 9 SES-in tikintisinə başlanılır
  • Cəmiyyət

  • “Azərenerji” ASC Laçın və Kəlbəcər rayonlarında ümumi gücü 76,8 meqavat olan daha 9 Su Elektrik Stansiyasının (SES) tikintisinə başlayır.

    Leqal.az xəbər verir ki, bu barədə “Azərenerji”nin prezidenti Baba Rzayev Zəngilanda tikilən “Sarıqışlaq” SES-də görülən işlər barədə Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verərkən deyib.

    Bildirilib ki, Laçın rayonu ərazisində “Mirik”, “Qaraqışlaq”, “Ağbulaq”, “Zabux” və Kəlbəcərdəki “Zar” Su Elektrik Stansiyaları tamamilə yenidən qurulacaq. Eyni zamanda, Kəlbəcər rayonu ərazisində “Nadirxanlı”, “Yuxarı Vəng”, “Aşağı Vəng” və işğaldan azad edilən Murov dağın aşağı istiqamətində “Toğanalı” Kiçik Su Elektrik Stansiyaları yeni layihə əsasında tikiləcək.

    Qeyd edilib ki, bu günədək “Azərenerji” tərəfindən 11 yerdə ümumi gücü 53,6 meqavat olan kiçik su elektrik stansiyaları yenidən qurulub. Onlardan ümumi gücü 27 meqavat olan 5 stansiya Kəlbəcər rayonunda açılışa hazır vəziyyətə gətirilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər