Bakıda temperatur normadan 4.6° yuxarı olub - Faktiki hava

Bakıda temperatur normadan 4.6° yuxarı olub - Faktiki hava
  • Cəmiyyət

  • Ölkə ərazisində faktiki hava açıqlanıb.

    Leqal.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin aprelin 29-na olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam saatlarında bəzi qərb rayonlarında (Sədərək, Daşkəsən, Gəncə) şimşək çaxıb, az yağış yağıb (0.0 mm).

    Havanın temperaturu: aprelin 28-də Bakıda iqlim normasından 4.6° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22-26°, Sumqayıtda 30° isti, Naxçıvanda 24-30° isti, dağlıq rayonlarda 21°-dək isti, aran rayonlarında 26-30° isti olub.
    PAYLAŞ:

    Oxşar xəbərlər