Akaremik Zərifə Əliyevanın 100 illik yübileyininqeyd edilməsi

Akaremik Zərifə Əliyevanın 100 illik yübileyininqeyd edilməsi
  • Cəmiyyət

  • 2023 cü il aprel ayında Azərbaycanın görkəmli alimi Əməkdar elm xadimi,tibb elmləri doktoru,professor Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam our.
                 
    1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş Zərifə Əliyeva öz həyatını səhiyyə elminin inkişafına həsr etmişdir. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. 
                 
    Akademik Zərifə Əliyeva zəngin mənaviyyətə sahib əsil zaiyalı kimi mənalı ömür yaşamışdır.Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur.
               
    1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə, görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata SSRİ Tibb Elmləri Akademiyasının akademik  M.i.Averbax adına mükafata layiq görüldü.
               
    Alim gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Z.Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir.  Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır.Bunun nəticəsdir ki, Azərbaycanda oftomologiya məktəbinin ilk ixtisaslaşmış elmi tədqiqat labaratoriyası məhz Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır.Zərifə Əliyeva böyük ictimai xadim və mərhəməti ilə daim seçilmiş və onun əməyi yüksək qiymətləndirilmişdir. Z.Əliyeva “Əməkdar elm xadimi”fəxri adına,”Qırmızı əmək bayrağı ordeni”-ninə layiq görülmüşdür. 
               
    Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. 
               
    Oftomoloqiya sahəsində ölkədə layiqli iz qoyan Akademik Zərifə Əliyevanın xatirəsi Azərbaycan xalqı tərəfindən dərin ehtiramla yad edilir. 

                       


    Arif  Mehtiyev,
    Bədəlan kənd tam orta məktəbi

    PAYLAŞ:

    Oxşar xəbərlər