31 Mart- Azərbaycanlıların Soyqırımı Günü

31 Mart- Azərbaycanlıların Soyqırımı Günü
  • Cəmiyyət

  • Azərbaycan xalqının başına gətirilən bəlalardan biri də 1918-ci ildə erməni millətçilərinin”Böyük Ermənistan”ideyasını gerçəkləşdirmək üçün mart ayının sonu aprel ayının əvvəlində törətdiyi faciədir.
                 
    Faciəni törətməkdə əsas məqsəd soydaşlarımıza qarşı etnik təmizləmə olmuşdur. Bu faciə xalqımızın yaşadığı dəhşətli faciələrdən biridir.Faciə daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğındır.
       
    Faciə Bakı şəhərində,eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur və digər ərazilərdə törədilmişdir.Xalqımıza qarşı törədilən bu soyqırımı nəticəsində on mindən çox azərbaycanlı qətlə yetirilmiş on minlərlə insan itkin düşmüşdür.
             
    Erməni millətçiləri ən çirkin əməllərə əl atmlş, faciə qurbanlarını xüsusi amansızlıqla qətlə yetirmişlər.İ nsanlara qarşı törədilən amansızlıqlarla kifayətlənməyən ermənilər meyidlərə belə müxtəlif işgəncələr vermişlər.
             
    31 Mart və 1-3 aprel tarixlərində törədilən qırğınlar zamanı nadir tarixi abidələr, məktəblər, xəstəxanalar, məscidlər dağıdılıb, xarabalığa çevrilmişdir.Dünya memarlığının incilərindən sayılan İsmailiyyə top atəşinə tutaraq dağıtmışdılar. Erməni millətçilərinin vəhşilikləri saymaqla  qurtarmaz.
             
    Aradan illər keçsə də,o qanlı-qadalı hadisələr hər bir azərbaycanlının ürəyində silinməz izlər buraxıb. Vaxtilə həmin hadisələrin şahidi olmuş insanlar öz xatirələrində həmin illərin acı təsvirini canladırıblar. Həmin xatirələr bir daha erməni vandallarının vəhşiliyini sübut edir.
                 
    Erməni vandalizmini təsdiqləyən sübutlar içində Qubada tapılan kütləvi məzarlıq da var.Məzarlıq erməni daşnaklarının törətdiyi qətlin sübutudur,vandalizmi təsdiqləyən vaktdır.
                 
    Qubada tapılan kütləvi məzarlıq hazırda həmin ərazidə amansızcasına qətlə yetirilmiş insanların xatirəsinə ehtiram və hörmət əlaməti olaraq Quba  soyqırımı Memorial Kompleksidir.Xatirə Kompleksi erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilmiş qırğınların ,qətliamların dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır.
               
    Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması haqqında”1998-ci il 26 mart tarixli Fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib.31 Mart-Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyəsində qeyd edilir.
             
    Soyqırımı bəşəriyyətin təhlükəsizliyinə,insanlığa qarşı yönələn təcavüzdür ki,bu ermənlilər tərəfindən azərbaycanlılara qarşı törədilmişdir.Törədilən bu qatı cinayətin genosid aktı kimi beynəlxalq hüquqi qiymətini alacağına, cinayətkarların cəzasını alacağına inanırıq.
               
    Soyqırımı qurbanlarının xatirəsini hörmətlə anırıq və Allahdan onlara rəhmət diləyirik.

     
    Ş.Xəlilova
     S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi 

    PAYLAŞ:

    Oxşar xəbərlər