Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
  • Cəmiyyət

  • Fevralın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 24-dən 25-nə keçən gecə bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Arabir güclənən cənub küləyi əsəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, havanın temperaturu gecə 0-3° isti, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi 775 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

    Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 3-8° şaxta olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər