Bu çox əlamətdar hadisədir, ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda Mingəçevirin Azərbaycan elektroenergetika mərkəzi kimi önəmi daha da artıracaq. Onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacın böyük hissəsini ödəyir.
Mingəçevir nəinki Azərbaycanın ümumiyyətlə ,Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə ötən əsrin 70-ci illərində daha doğrusu , 1976-ci ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdurşdur. Böyük stansiyanın birinci bloku 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur.
Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində , ilk illərdə Azərbaycan elektrik enerjisi ilə təchizat təmin edilsin.
2018 –ci ildə stansiyanın tamamilə yenidən qurulması prosesi başlamışdır. Qısa müddət ərzində, iki ildə 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. Beləliklə 2020-ci ildə stansiya əvvəlki gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur.
Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanı bir daha bəlli oldu.Döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu , yüzlərlə yaşayış evi o cümlədən Mingəçevir Elektrik Stansiyası da atəşə tutulmuşdur. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfinən məhv edildi,bəziləri isə hədəfə dəymədi.
İndi isə Mingəçevir şəhərinin yeni dövrü başlayır , təxminən 1300 meqavat gücündə olan stansiya bizim potensialımızı gücləndirəcək .Bu , Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhvə olacaq,yüzlərlə yeni iş yerləri yaranacaq və beləliklə Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili təlabatı ödəyəcək eyni zamanda , elektroenergetka, həm də təbii qaz sahəsində addımlar atacaq. Yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu , imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənayət edilsin . Bu gün Avropa Məkanında Azərbaycan qazına böyük təlabat olduğu üçün Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq.
Stansiya Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək, ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq. Bu stansiyaya sərf ediləcək vəsait bu böyüklükdə stansiyanın tikintisinə sərf olunan vasitəsindən 3-4 dəfə aşağıdır.Biz az vəsaitlə böyük enerji potensialına malik oluruq.Ödəniləcək vəsəaitin 60 faizi “Azenerjinin öz vəsaiti hesabına təmin edirik. Qalan 40 faiz isə kreditlər vasitəsilə , təmin ediləcək.
Bu stansiyanı xarici tərəfdaşlarla birlikdə inşa ediləcək.Tikintidə İtalianın şirkətləri və Çinin bir şirkəti iştirak edəcək. “ Azərenerji “ ilə İtalianın “Ansaldo” şirkəti arasındakı əlaqələr burda həlledici rol oynayır.
“ Azərenerji” ilə “ Ansaldo” arasında müqavilələr İkinci Qaabağ müharibəsi başa çatandan sonra imzalanmışdır. Azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda böyük qutuculuq bərpa işləri getdyi bir dövrdə o bölgənin enerji potensialı araşdırılır və bu istiqamətdə də Ansaldo və Azərenerji tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərirlər.
İtaliya bizim strateji tərəfdaşlarımızdır. İtaliya il Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır , yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir. Bu ilin yanvar ayından başlayaraq İtaliyanın yeni hökümətinin üç naziri artıq Azərbaycana səfərlər etmişdir. Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırıldı.TAP layihəsi bizim birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son nöqətəsi İtaliyadadır.Və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır. Yəni İtaliya -Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük Coğrafiyanın maraqlarını təmin edir .
Bu gün , doğrudandanda , böyük və önəmli bir işin təməli qoyulur. Stansiya nəzərdə tutulmuş vaxtda inşa ediləcək və ölkənizin enerji potensialları gücləndiriləcək , həm ixrac imkanlarımızı gücləndirəcək ,həm də xarici tərəfdaşlarlarla yeni , gələcək lahihiyələrinə yol açacaq.
Sahib Kərimov,
Masallı rayon Yolağac kənd tam orta məktəbinin Azərbaycan dili Ədəbiyyat müəllimi