Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı məktəblilər arasında müsabiqə keçiriləcək

Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı məktəblilər arasında müsabiqə keçiriləcək
  • Cəmiyyət

  • Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan “Ən yaxşı təqdimat” müsabiqəsi keçiriləcək.

    Bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

    Əmrin imzalanmasında məqsəd müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsidir.

    Müsabiqənin ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulub. Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil ediləcək.

    İlk mərhələ fevral-mart ayında rayon və şəhərlərdə, ölkə mərhələsi isə aprel ayında Bakı şəhərində keçiriləcək.

    Bakı şəhərindən 12, Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərinin hər birindən və Abşeron rayonundan 2, digər şəhər və rayonların hər birindən 1, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki və özəl ümumi təhsil müəssisələrindən ümumilikdə 10 nəfərin iştirakı planlaşdırılır.

    Müsabiqənin qalibləri diplom, tərifnamə və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

    Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər