Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, qardaş Türkiyədə zəlzələ qurbanlarına humanitar yardım aparan xüsusi təyyarə Qaziantep hava limanına çatıb.
Yük təyyarəsi faciədən zərərçəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən göndərilən 36 ton humanitar yardımı aparıb.
Fondun əməkdaşı Elvin Aslanov bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən yardımlar davam etdiriləcək: “Azərbaycanda türkiyəli qardaşlarımıza çox böyük dəstək var. Hazırda gətirilən humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və digər tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir. Bu, ilkin yardımlardır. Növbəti mərhələdə yardımların gətirilməsi davam edəcək”.
Ətraflı videomaterialda: