Azərbaycan Xarici İşlər Nazirliyi İsraildə sinaqoqa edilən silahlı hücumla bağlı paylaşım edib.
LEQAL.AZ xəbər verir ki, bu barədə XİN-in tviter hesabındapaylaşım edilib
“Yerusəlimin Neve Yaakov məhəlləsindəki sinaqoqda terror hücumunu şiddətlə qınayırıq. Həlak olanların ailəsinə başsağlığı verir, yaralananlara tezliklə şəfa diləyirik”, - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, hadisə nəticəsində 5 nəfər ölüb, 5 nəfər yaralanıb.