Tibbi maskanı istifadədən sonra büküb cibinə qoyanların nəzərinə

Tibbi maskanı istifadədən sonra büküb cibinə qoyanların nəzərinə
  • Cəmiyyət

  • Hazırda dünyada və ölkəmizdə koronavirus pandemiyasına yoluxanların sayı artan tendensiyada davam edərək, epidemik vəziyyəti gərginləşdirməkdədir. Bu azmış kimi, doğru istifadə edilməyən tibbi maskalar virus mənbəyinə çevilir.

    LEQAL.AZ bakutv-yə istinadən xəbər verir ki, fəsil dəyişkənliyi, eləcə də, havaların soyuması koronavirus pandemiyasının yayılmasına daha əlverişli şərait yaradır.

    Baş infeksionist Təyyar Eyvazov deyir ki, insanlar diqqətli olmalıdırlar: 

    “İnfeksiya daha çox soyuq, quru havada daha asan yayılır. Ona görə də belə hava olduğu şəraitdə, təbii ki, yoluxma hallarının artacağını əvvəlcədən bilirdik, proqnozlaşdırırdıq və nəinki Azərbaycanda, dünyada eyni hal təkrar olunur”.

    Bəzən vətəndaşlar tibbi maskadan istifadə etsələr də, digər qaydalara əməl etmirlər. Buna görə də müəyyən vaxtdan sonra həmin şəxslərdə koronavirus aşkar edilir.

    Baş infeksionist əhalinin tibbi maskadan istifadə etdikdən sonra bükərək cibinə qoymaq vərdişinə də toxunub. Bu halın yolverilməz olduğunu deyib.

    PAYLAŞ:

    Oxşar xəbərlər