Cənab Preziden İlham Əliyevin hər şeydən əvvəl Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlisi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı ölkəmizi dünyaya yaxından tanıtması,təşviq edilməsi baxımından mühüm platformadır.Xüsusi ilə onu qeyd etmək istəyərdim ki, orta dəhliz ideyası reallaşmağa başlayıb,Azərbaycanın geoiqtisadi mövqeyi Şərq ilə Qərb arasında mühüm tranzit əməliyyatlarının həyata keçirilməsi üçün mühüm həlqəni təşkil edir.Bu istiqamətdə həm Azərbaycan,həm də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında daha möhkəm əlaqələrin formalaşmasında daha əlverişli şəkildə öz nəticəsini verəcək.Bütün bunlar həm türk dünyası konsepsiyası baxımından mühüm əhəmiyyət kəsb edir,həm də ölkəmizin geosiyasi və geoiqtisadi mövqeyi bir qədər də möhkəmlənir.
Bütün bunlarla bərabər cənab Prezident İlham Əliyev Forumda regionda baş verən mühüm proseslərə də toxunub. Ali Baş Komandan bir daha dünya ictimayyəti qarşısında Ermənistanın ölkəmizə qarşı apardığı təbliğatı tutarlı dəlillərlə alt-üst edib. Yalançı “erməni maşını” tərəfindən yayılan məlumatların əsassız olduğunu dünya ictimayyətinə bir daha çatdırdı.Müxtəlif təşkilatlarda Ermənistan tərəfi iddalar qaldırıb.Çox təəssüflər olsun ki,bir sıra üzdəniraq,korrupsiyaya batmış siyasi şəxslər bu yalançı sözlərə inanıb qərəzli qərarlar qəbul edir və ikili standartlardan çıxış edirlər.Bütün bu saxta və uydurma böhtanlara qarşı Cənab Prezident İlham Əliyevin izahat və məlumat xarakterli çıxışları,həm də Azərbaycan həqiqətlərini daha geniş, daha mühüm Formda dünya ictimayyətinə çatdırmasına xidmət edir.
Hamımıza məlumdur ki,dünyada və bölgədə çoxsaylı mənfi proseslərdən aslı olmayaraq ölkəmiz ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirir.Cənab prezidentimizin müstəqil və çoxşaxəli xarici siyasət kursu Azərbaycanı nəinki Cənab Qafqaz regionunda,həm də dünyada aparıcı və ən inkişaf etmiş ölkə olaraq qalmasını təmin edir.
Ölkə başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində ölkəmiz regional və qlobal əhəmiyyətli iqtisadi,siyasi və humanitar layihələrin mərkəzinə çevrilib.Əminliklə vurğulaya bilərəm ki,cənab Prezidentin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi,intensivliyi və çevikliyi ilə xarakterizə olunub və daim milli maraqlara söykənib.Davos Dünya İqtisadi Formu bunlara bir daha bariz nümunədir.Cənab Prezident İlham Əliyevin yeni dünya sisteminin müasir çağlarına cavab verən siyasi kursu ölkəmizi dünyada etibarlı tərəfdaş kimi tanıdıb.Cənab Prezident həmişə olduğu kimi Davos Dünya İqtisadi Formunda da Qarabağ problemini dünya ictimayyətinin diqqətinə bir daha çatdırıb.Cənab Prezident İlham Əliyev Formda dünya ictimayyətinin diqqətinə Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələrini,regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formalarının Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayacağını çatdırdı.
Babayev Rafis,
Hüseynhacılı kənd tam orta məktəbi
Tarix müəllimi