20 Yanvar faciəsinin 33 -cü ildönümü

20 Yanvar faciəsinin 33 -cü ildönümü
  • Cəmiyyət

  • 20 Yanvar xalqımızın tarixinə  şəhidlərimizin qanı ilə yeni bir tarix  kimi yazıldı.  33 il keçməsinə baxmayaraq hələ də yaddaşlarımızdan silinməyəcək yara olaraq qalan faciədir.Faciə ilə yanaşı həm də qürurlu bir gündür.Son illər yaşadığımız qələbə bizim bunun kimi yaralarımıza nə qədər su səpsə də ,yenə də həmin faciəli günü,həmin faciə günündə şəhid olan vətəndaşlarımızı unutmaq qeyri- mümkündür."Torpaq uğrunda ölən varsa,vətəndir"Bu kəlmə həmin günü şəhid olan insanlarımızın sayəsində bizim də  ürəklə deyə biləcəyimiz bir şüar olmuşdur.

    1990-cı il yanvarın 19- dan 20- nə keçən gecə bu dəhşətli gecəni bizə yaşatdılar. Xalqımızın heç ağlına gəlmədiyi, gözləmədiyi bir vaxtda hücum edərək günahsız, heç bir müdafiəsi olmayan insanlara qıydılar, məhv etdilər, həm də vəhşiliklə- tanklarla insanların üzərindən keçdilər. Silahsız insanlara silahla hücum etdilər və bu da  onların nə qədər alçaq mənəviyyatlı olduğundan xəbər verirdi. Fövqəladə vəziyyət elan olunmadan yeridilmiş  qoşun hissələri yüzlərlə insan qətlə yetirilmiş, dinc əhaliyə divan tutulmuş,itkin düşmüş bir qırğın olmuşdur.Həlak olanlar arasında qadınlar, uşaqlar, qocalar,təcili yardım işçiləri və milislər olmuşdur.

    Sovet ordusunun Bakı şəhərinə qanunsuz şəkildə qoşun yürütməsi Azərbaycan xalqının suveren hüquqlarını  amansızlıqla pozmuşdur. Amma onlar bu hərəkətləri, əməlləri ilə həm də Azərbaycan xalqının milli azadlıq haqqında düşüncələrini məhv etməyə çalışmışdılar.Xalqın azadlıq,suverenlik  barədə düşüncələrini məhv etmək bu əməllə,hətta heç bir əməllə baş tutmayacağını  bilməli idilər. 20 min  nəfərlik ordu hissələri ölkəyə" Zərbə" kod adı ilə verilən hərbi müdaxilə nəticəsində 147 nəfər öldürülüb,744 nəfər yaralanıb,841 nəfər qanunsuz olaraq həbs edilib,yüzlərlə insan isə günümüzə qədər itkin düşmüşdür.

    Doğrudur,bu gün faciə dolu bir gün kimi yadımızda qalıb,amma bu hüznlü gün həm də qəhrəmanlıq,qorxmazlıq nümunəsi olaraq da xatırlanır.Bizim müstəqilliyimizin ilk addımlarını  20 Yanvar şəhidləri öz  canlarından keçərək atmışdılar.

    Belə bir çətin zamanda Ümummilli lider Heydər Əliyev böyük cəsarət göstərərək Rusiyaya gedərək kommunist rejiminin ölkəmizdə törətdiyi qanlı aksiyanı pisləyən bəyanatla çıxış etmişdir.Bununla da xalqına olan sonsuz sevgisini bir daha göstərmişdir.

    20 Yanvar hadisələrinə geniş mənada əsl hüquqi, siyasi qiymət vermək  ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ulu öndər  Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə yanaşırdı. Ümummilli Lider  hər il yanvarın 20-də Şəhidlər xiyabanına gələrək ziyarət edir, şəhid ailələri ilə görüşür, onların qayğıları ilə maraqlanırdı. Bu gün Şəhidlər Xiyabınında ucalan "Əbədi məşəl" abidə kompleksi də məhz Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa olunub. Ulu öndər Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza "20 Yanvar şəhidi" fəxri adı verilib.

    Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyur, həmçinin 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir.

    Faciə qurbanları müstəqillik uğrunda şəhid olaraq, xalqımızın vətən sevgisinin nə qədər böyük olduğunu bütün dünyaya , kommunist rejiminin nümayəndələrinə nümayiş etdirmişdir. Biz bunu bütün dövrlərdə görmüşük. 2 - ci Qarabağ müharibəsində Qarabağı heç  görməməsinə rəğmən şirin canından keçəcək qədər sevən oğullarımız, belə oğullarımızın göstərdiyi qəhrəmanlıq dillərdə dastandır. Belə vətənpərvər insanlarımız həmişə olub və olacaq da,vətənimizin keşiyində duracaq da.

    Aytən Cəfərova,
    Masallı rayon Ərkivan qəsəbə 1 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi.
    PAYLAŞ:

    Oxşar xəbərlər