Avropa İttifaqı Azərbaycana başsağlığı verdi

Avropa İttifaqı Azərbaycana başsağlığı verdi
  • Cəmiyyət

  • “Avropa İttifaqı Cənubi Qafqazda sülhün, sabitliyin və firavanlığın tərəfdarıdır”.

    Bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.

    O bu barədə özünün “Twitter” hesabında paylaşım edib.

    “Bu gün Avropa İttifaqının səfirləri Bakıdakı Şəhidlər xiyabanına gül dəstələri düzüb, Qara Yanvar faciəsi qurbanlarının xatirəsini yad ediblər. Həmin faciəli hadisələrin qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Avropa İttifaqı Cənubi Qafqazda sülhün, sabitliyin və firavanlığın tərəfdarıdır”, - deyə Peter Mixalko paylaşımında qeyd edib.




    PAYLAŞ:

    Oxşar xəbərlər